Şəxsi PR

Əgər yaxşı bir iş görürsünüzsə, yaxşı bir layihə üzərində çalışırsınızsa ətrafınızdakıları bundan xəbərdar etməlisiniz. Təbidirki siz bunu professionallara xas olan şəkildə etməlisiniz. Sizin şəxsi PR kompaniyasına başlamağınıza iki səbəb vardır.

Daima görünən olmaq - Siz gündəlik olaraq həm öz iş sahənizdə həmdə iş sahəniz olmayan bəzi sizin işinizə yararlı olan digər sahələrdə görünməyinizi təşkil etməlisiniz. Bu gedişat insanlarda sizi daha yaxından tanımaq istəyi yaradacaqdır.
Prestijinizi qaldırmaq - Prestijinizi qaldırmanın böyük əhəmiyyəti vardır. Bir tərəfdən sizin özünüzə inamınızı artıracaqdır bir tərəfdən ətrafınızdakıların sizə inamını artıracaqdır.

Şəxsi PR elə mövzudur ki, bu mövzuda fəaliyyət göstərmək üçün spesifik bir neçə addım atmalısınız. Bu bütövlüklə sizdən aslıdır. Sizin çalışdığınız sahə ilə bağlıdır. Ancaq şəxsi PR üçün önəmli dərəcədə gərəkli olan fəaliyyətlər vardır kı, mən onlardan bəzilərini sıralayacağam.Sosial mediadan düzgün istifadə etmək hər bir iş adamı üçün vaciblik kəsb edir. Günümüzün bizə yaratdığı imkanlardan düzgün və professional şəkildə yararlanmaq lazımdır. Burada söhbət Facebbok, Twitter, Linkedin, Youtube, Blogger, Wordpress və s. böyük önəm kəsb edən saytlarda fəaliyyət göstərməkdən gedir.Şəxsi fəaliyyət kitabçası yaradın özünüzə. Bu fəaliyyət kitabçanızda daima yeni fəaliyyətlərinizi qeyd edin. Nə qədər çox sahədə iş görərsəniz görün bunları gündəlik, həftəlik və aylıq olaraq fəaliyyət tarıxçəsində qeyd edin.

Bu fəaliyyətlər arasında ən önəmliləri programların öyrənilməsi, yeni bacarıqların öyrənilməsi, yeni dillərin öyrənilməsi yer almaqdadır.Bu başlıqdan əvvəlki iki başlıq altında topladığım fəaliyyətləri özünüzədə elə şəkildə şaxələndirib həyata keçirin ki, bunları CV-nizdə qeyd etdiyiniz zaman sizin CV-nizin dəyərini artırsın.Görəcəyiniz fəaliyyətləri, yəni şəxsi PR-ları qısa zamanda və uzun zamanda planlar şəklində bölümləndirin. Qarşınıza hədəflər qoyun, nəyin bahasına olursa olsun hədəflərinizə çatmağa çalışın.

Bu listi dahada uzatmaq olar. Yenədə söylədiyim kimi bu sizin çalışdığınız sahədən aslıdır. İstər karyera qurmaq yolunda olasınız, istər şəxsi biznes fəaliyyəti ilə məşğul olasınız şəxsi PR sizin ən böyük uğurunuz olacaqdır. Yararlı olmasını diləyirəm. Uğurlar.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com