Sayılan yerdə olmalısan...
Bu yazının səbəbkarı Fidan İlham xanımdır… Elə isə səbəbkarın istəyi ilə hansı yazısına cavab yazdığımı bilmək üçün buyuraq oxuyaq: “20-li yaşlarda edilməli 14 şey “
Salam Fidan xanım. Gec də olsa yəqin ki cavab yazmamaqdan daha yaxşıdır… “Sayılan yerdə olmalısan”!
- Qismən razıyam… Belə ki erkən yaşlardan (bu 18-dən etibarən) işləmək öz ayağı üstündə durmağın “dadını çıxarmaq”dır… Daha kiçik yaşların öz tələbləri var… O yaşdakılar himayədələr və sadəcə bunun 18 yaşına qədər davam edə biləcəyini qəbul etməlidirlər… Bunu izah etmək olar… Keçmişi yaşamısınız, geri gəlməyəcəyi kimi qəbul edib bunu başqasına yaşatmamaq da lazım. bu sizin həyatınız olub… öz istədiyiniz həyatı uşaqlarınıza yaşatmağa çalışmayın… Hər insan özəldir…
- Bəli! Amma səyahət etdiyin yerlərin, gördüklərinin, rastladıqlarının fərqində olmaqla, yaşamaqla! bu bəndin şiddət dərəcəsi çox yüksəkdir, mənim üçün də…
- Şərtlər və şanslar insan həyatına hakimdirsə burda riskdən və azadlıqdan söz etmək əbəsdir… İnsanların şərtlər üzərində hakim olması, şərtləri yaratması və buna görə riskə getməsi onu o edən addımdır. Şərtlərin içində boğulmayıb ona yuxarıdan baxarsaq, edilən risklərin səhv nəticəsindən tez qurtulub başqa bir yola addım qoya bilərik… Çünki bir başqa addımda başqa şərtlər ola bilər…
- Cəsur olmaq, qəhramanlıq etmək gözəldir… ancaq davamlılığı olarsa… “Qəhrəmanlar” bir anda parlayıb yerində sayanlardır… Parlayıb və bu parlaqlığı artırmaq, bunu daimi qılmaq isə onları liderə çevirər…
- Burada da yenə insanın özünün və etdiklərinin fərqində olmağı məsləhət görərdim… Bunun fərqinə vararsa yaxşı vərdişlərə doğru yol alacaqdır… Eşitmisiz “tüməvarım” və “tümdən varım”… Vərdişlər sizi əks etdirir və “tüməvarım”a çıxaran yollardır…Kamilləşmə sürəcində diqqətə alınacaq şeylərdir…
- Bununla da qismən razıyam… Böyük şirkət atmosferinin qazandıracağı şeylər var təbii ki, müəyyən fürsətləri dəyərləndirilə bilər… Amma öyrədən daha çox “kiçiyi böyütməkdir…”
- ÖYRƏNMƏK – davamlı və məqsədli… Yolu bilmədiyini bilməməkdən başlayıb, bildiyini bilməməyin və bilmədiyini bilməyin fərqində olmaq və bildiyini bilməklə və təkmilləşdirməklə davam edər!
- “Give and Take”… “Sevgi və Bilgi” paylaşdıqca artan iki dəyər…
- Sahiblik duyğusu məsuliyyət və bağlılıq yaradır… Bu baxımdan bəli… Amma sahib olduqlarına bağlı qalmaq bizi və onları müsbət yöndə dəyişməyə mane olmamalı…
- Hobbin olsun amma səni anlatsın…
- Etiraf: əksiyim və istəyim! Təəssüfki sadəcə istəkdə qalır! Amma dərd eləməyə də dəyməz… Əvəzedicilərini yarada bilərik…
- Rəqslərə münasibətim müsbətdir… Görənlər təsdiq edər!:)
- Pul qazanmaq müəyyən dövr üçün məqsəd…ondan sonra isə vasitədir… Əvvəl insan vaxtını, sağlamlığını pul qazanmaq üçün xərcləyir… daha sonra pulunu bunlar üçün… Zəngin olduqdan sonra biznes klasda uçmaq insana vaxtdan səmərəli istifadə təmin edirsə… pulu bunun üçün xərcləməyə dəyər… İşlərin deleqasiya edilməsi… və s. Ona görə daimi məqsəddən çıxır…
- Özün olmaq üçün öz potansialını görmək, fərqində olmaq və istifadə etmək…lazım… Potansial enerjini kinetik enerjiyə çevirmək lazım… Potansial sabitlikdir…əlavə dəyər hərəkətlə qazanılar… Vicdan prinsipi ilə öz yolunu tutmaq, özün olmaq lazımdır… 8-ci maddəyi untmamaqla…
Uğurlar diləyi ilə..
Müəllif: Cəbrayıl Vəliyev
Mənbə: http://jabrayilvaliyev.com