Satışda nağılın önəmi

Nağıllar hər zaman özlüyündə müəyyən emosiyalar daşıyır. Hal-hazırda bir çox markalar öz məhsulları (məhsul – satıla bilən hər şey) üçün müəyyən uğur hekayələri, nağıllar istifadə edərək reklam edir. Mövzunu biraz daha açsaq bugün bir çox tərcih edilən marka, məhsul, xidmət rəqiblərindən nə qədər üstün olduğunu anlataraq müştərilər tərəfində seçilən olmağı hədəfləyir. Ancaq ki, müştərilər təkcə məhsulun nə təklif etdiyini bilərək qərar verməzlər. Özlərinə daha yaxın bildikləri məhsulları seçərlər. Belə ki, bir çox araşdırmalardan çıxan nəticəyə dayanaraq müştərilər qərarlarını təkcə məntiqi deyil həm də hissləri və duyğuları ilə qərar verirlər.

Burda başlıca amillərdən biri də güvəndir. Həqiqətən də real həyatda güvənmıdiyimiz məhsulu seçmək çox çətin olur hər birimizə. Mütəxəsislərdən biri olan Martin Lindstrom-un da dediyi kimi “Markalar öz hekayələri ilə insanların həyatlarına necə bir dəyər qatacaqlarını anlatabildiklərində onların həyatlarına girəbilərlər. İnsanlar markanın anlatdığı hekayələrlə, markanın özlərinə verəcəyi faydanı gözlərinin önünə gətirirlər. Bu hekayələri dinləyərək markanın özlərinə uyub-uymadığına qərar verirlər”.

Hekayə anlatmağın 4 faydası var:

  • Şüuraltına müsbət mesaj göndərir
  • Razı salıcıdır.
  • Dinləmək və anlamaq daha asandır.
  • Qarışıq mövzuları sadələşdirir.

Bir çoxlarına görə isə markanın

  • Kim olduğu və haradan gəldiyi
  • Nə üçün mübarizə apardığı
  • Mübarizəni kimlərlə birgə apardığı
  • Mübarizəni qazandığında hansı xəyalın gerçəkləşəcəyi
  • mövzularında bir birini tamamlayacaq hekayələrinin olması daha məqsədə uyğundur.

Bir marka hekayəsini nə qədər içdən, nə qədər çoşqu və emosiya ilə anlatsa bu müştəriləri bir o qədər özünə cəlb edər. Çünki, insanlar hekayələri ürəkləri ilə dinlər və ürəkdən qarşılıq verərlər.

Müəllif : Azər İsmayılov

Mənbə: https://azaroos.wordpress.com