Satış və marketinq

Satış və marketinq
926

İllər boyu satışın marketinqin bir hissəsi olması və ya əksinə, hər birinin bir-birindən əlaqəsi olmadan reallaşması fikri müzakirələrin əsas mövzusu olmuşdur. Bu barədə bir çox satış və marketinq mütəxəssisləri, dahiləri fikirlər söyləmişdirlər. Marketinqin əhəmiyyət qazandığı, “dəb” halını aldığı illərdən başlayaraq hazırki dövrə qədər bu müzakirələr davam etməkdə, bu mövzuda araşdırmalar aparılmaqda, elmi məqalələr, kitablar, jurnallar dərc olunmaqdadır. Hazırda Azərbaycanda marketinqin satışa dəstək fəaliyyəti olmasını, satış mütəxəssisinin eyni zamanda marketinq mütəxəssisi olduğunu və hətta marketinqin hər hansı bir promosyon material olduğunu düşünənlər də mövcuddur. Marketinqin “M” hərfindən xəbərsiz olan, 4P anlayışını bilməyən, posterlərə “dadım üçün məhsul” deyə bilən “mütəxəssislər” təəssüfki marketinq adına iş görməyə çalışırlar. Halbuki bu təbii nəticəsi olaraq mənfi təsirini göstərməkdədir.

Satış və Marketinq illərcə davam edən müzakirə mövzusu olmuşdur və davam edəcəkdir. Bu müzakirələr nəticəsindədir ki, faktiki olaraq, marketinqin daxilində satış prosesinin mövcud olması öz əksini tapmışdır. Hər iki mövzu rəqabət nəticəsində daha da çox araşdırılmış, inkişaf etmiş və böyük diqqəti özünə çəkməyi bacarmışdır. Qısa müddətdə pul qazanmağa yönələn satış, uzun müddətdə dəyər əldə etməyə, dəyərə fokuslanan marketinqin bir hissəsi olaraq fəaliyyət göstərməkdədir və bu davam edəcəkdir.

Yazını oxuduğunuz üçün təşəkkür edirəm. Dəyərə mərkəzləşmək ümidi ilə..

Müəllif: Əliqulu Mehdiyev

Mənbə: https://aliqulumehdiyev.wordpress.com