Samsungdan ağıllı geyimlər. (CES2015)

Koreyanın əjdaha şirkəti Samsung bu tədbirdə bir neçə yeni məhsullarını tanıtdı. Hər il Las Vegasda təşkil olunan CES bu il də yenilikçi, yararlı və bəzən də mübahisəli məhsulları ilə diqqət çəkdi. NFC ilə təchiz olunmuş bir kostyum və günəş panelləri ilə teleonunuzu enerji ilə təmin edə biləcəyiniz bir çanta da Samsungun təqdim etdiyi məhsullardan idi. Bu xüsusiyyətə malik əşyalar Samsungun digər bir qolu olan C&T tərəfindən istehsal olunur. Samsung bu məhsulları Cənubi Koreyada Human Fit adı altında satışdadır. Samsung bundan əlavə kostyumdan savayı, bədən hərəkətlərinizi qeyd edə bilən bir neçə geyim təqdim etdi.

Mənbə: http://technote.az/