Samsung superqəhrəmanlar üçün smartfon buraxıb

Samsung və Marvel şirkətləri Galaxy S6 smartfonunu təqdim ediblər. Smartfon nağıl qəhrəmanı Toni Starkın maskası və komiksin stilinə müvafiq olaraq qırmızı və qızıl rənglərdədir. Telefon məsafədən şarj yığması ilə seçilir, bu isə Dəmir Adam analogiyasına uyğun olaraq hazırlanıb. Stark mövzusu Galaxy S6-ının interfeysində də davam etdirilir - divar kağızı olaraq Iron Man-in şəkilləri təqdim edilir.

Yeni smartfonu Koreyada mayın 27-dən, Honkonqda isə iyun ayından əldə etmək mümkün olacaq.

Mənbə: http://www.buro247.az