''Samsung'' şirkəti rəsmən yeni qabaqcıl smartfonlarını təqdim edib

''Samsung'' şirkəti rəsmən yeni qabaqcıl smartfonlarını təqdim edib
1433

Cənubi Koreyanın “Samsung” şirkəti Barselonada keçirilən Ümumdünya Mobil Konqresində “Galaxy S7” və “Galaxy S7 Edge” qabaqcıl smartfonlarını təqdim edib.

Yeni modellər əvvəlki “S6” və “S6 Edge” modellərinin təkmilləşdirilmiş modifikasiyasıdır. “S7” modeli 5.1 düym diaqonallı, “S7 Edge” isə 5.5 düym diaqonallı “AMOLED” displeylə təchiz edilib.

“ria.ru” saytı yazır ki, əvvəlki modellərlə müqayisədə indi prosessorun işləmə sürəti 33% artıb. İstehsalçılar, həmçinin daxili kameranın təkmilləşdirilməsi haqda məlumat veriblər, akkumulyator batareyasının tutumu 3600 milliamper/saat təşkil edir, cihaz suya dayanıqlıdır və “MicroSD” kartlar yenidən əlçatandır.

Hər iki smartfon “Android 6.0” sistemi ilə işləyəcək və hər iki model “Adreno 530” qrafikasına malik dördnüvəli “Qualcomm Snapdragon 820” və ya səkkiznüvəli “Samsung Exynos” prosessoru ilə işləyəcək.Qurğunun əməli yaddaşı 4 QB, daxili yaddaşı isə 32 QB təşkil edəcək."Daimi yanan vəziyyətdə olan ekran funksiyası bildirişlər, cari vaxt və ya əlamətdar hadisələr haqda xəbərdar olmağa imkan verir.

22 fevral 2016-cı il tarixindən yeni modelləri sifariş etmək mümkündür.

Mənbə: http://www.ictnews.az/