Samsung ''ağıllı'' çamadan buraxacaq

Samsung ''ağıllı'' çamadan buraxacaq
782

Samsung şirkətinin buraxacağı "ağıllı" Bluesmat çamadanının satış qiyməti 235 dollar təşkil edir. Bu qiymətə alıcılar TSA kod qıfıllı, bloklanmasını smartfonun köməyilə müəyyən etməyin mümkün olduğu çamadan əldə edəcəklər. Eləcə də, xüsusi proqram əlavəsinin köməyilə smartfonla çamadanın harada yerləşdiyini izləmək, çamadana yerləşdirilmiş akkumlyatorun köməyilə isə öz mobil telefonunuzun enerji yığmasını təmin etmək olar. Tutacağa birləşdirilmiş sayğac çamadanı qaldırarkən hansı çəkidə olduğunu göstərir.

Mənbə: http://www.buro247.az