Sosial medianın gücü inkaredilməzdir. Artıq hər şirkət, məkan, brend sosial mediadan istifadə edir. Düzgün istifadə edənlər isə uğur qazana bilir.Sosial mediada uğur qazanmaq restoran və kafelər üçün əslində daha asandır. Çünki, bu məkanlar barədə həmin an rəy bildirəcək müştərilər daima vardır. Yetər ki, onlara imkan yaradılsın. Restoran və ya kafe sahibisinizsə bu mövzu sizin diqqətinizi mütləq çəkəcəkdir. Sizlərə restoran və kafelər üçün lazımi olan kiçik sosial media sirlərini təqdim edirik:
Gün ərzində bişirilən yeməklərdən fotoşəkillər çəkib Instagram-da paylaşın. Şəkillərin yüksək keyfiyyətli və gözəl görüntüyə sahib olmasına önəm verin. İnsanlar gözəl görünən heç bir şeyi unutmurlar.
Bəsit görünə bilər amma, günümüzdə online yemək sifarişi getdikcə artır. Bu xidmətdən faydalanmamaq sadəcə ağılsızlıq ola bilər.
Ölkəmizdə bu sosial şəbəkədən aktiv istifadə etməsələr də, Google+ hesabının olması sizin üçün xeyirlidir. Belə ki, axtarış zamanı sizə daha rahat çatmaq mümkün olacaqdır.
Digər bütün sosial şəbəkələrdən fərqli olaraq, Instagram restoran və ya kafelər üçün daha sərfəlidir. Instagram-ın bu sahədəki gücü danılmazdır. Hashtaglərdən düzgün istifadə edilməsi halında daha çox müştəriyə çata bilərsiniz.
Müştərilərinizə e-mail vasitəsilə çatmağa çalışın. Məsələn, İstanbulda bir kafe mail siyahısına abune olan hər istifadəçiyə kafenin hesabına çay təqdim edirdi. Bunun sayəsində bir müddətdən sonra tamamilə müştərilərdən ibarət olan mail siyahısına sahib olmuşdu.
Məkanınızda wifi sistemi quraşdırın və hər bir müştəriyə bu barədə məlumat verməyi unutmayın. Onları təəccübləndirəcək (yaxşı mənada) ləzzət və ya xidmətlə qarşılarına çıxın. Sizin barənizdə edilən yaxşı bir paylaşım edəcəyiniz bütün reklamlardan daha effektivdir.
Sizə ünvanlanan sual,təklif, şikayətləri həmin an dəyərləndirin. İsmarış qutusuna gələn məktublara cavab verməyə tələsin. Bu sizin operativliyinizin göstəricisi olacaqdır. Nəzakət qaydalarını isə unutmamalısınız.
Sizə qəribə gələ bilər, amma, bu olduqca maraqlı bir təklifdir. Hər gün paylaşım etməyə ehtiyac yoxdur. Məkandan foto şəkillər paylaşmaq, baş vermiş maraqlı xatirələri yazmaq, böyük bir jest edib ən çox bəyənilən yeməklərdən bir neçəsinin reseptini yerləşdirmək, sizi müştərilərinizlə daha yaxın və mehriban edəcəkdir.
Bu menu mütləq gözəl dizayna sahib olmalı və məlumatlar daima yenilənməlidir. İnsanlar artıq bir məkana getməzdən əvvəl qiymətlər və çeşidlərlə oturduğu yerdən xəbərdar olmaq istəyir. Bu istəyə hörmətlə yanaşın.
Telefon ilə rezerv elətdirmək həmişə olub və olacaq. Lakin indi internet dövrüdür. Bu imkandan yararlanın və müştərilərinizə rahatlığı təqdim edin. Nəticələri özünüz görəcəksiniz. Bütün bunlar restoran və kafelərin sosial mediada uğur qazanması üçün vacib nüanslardır. Lakin unutmayın ki, ləziz təamlar və xoş rəftar olmasa bunların heç biri sizə kömək edə bilməz.
Mənbə: http://sosialmedia.az