Bu günlərdə işlədiyim layihənin Britaniyada keçirilən illik konfransında iştirak edirəm. Elə indi konfransın bir hissəsinin keçirildiyi Queen Margaret Universitetinin rəhbərliyinin çıxışından elə pozitiv təsirləndim ki, bunu qısaca bloqa yazmağı vacib hesab etdim.
Universitetin yeni kampusu tikiləndə tələbələri də planlaşdırma qrupuna daxil ediblər ki, öz fikirlərini bildirsinlər. Onlar da universitetin yeni kampus binasının tam ortasında kompüterlərlə və oxuma üçün şəraiti olan stollarla böyük sahənin ayrılmasını və orada kafe və mağazanın olmasını təklif ediblər. Və nəticədə binanın tam ortasında böyük sahədə yüzlərlər kompüterlə təmin olunmuş stollar, Starbucks, qida, qəlyənaltı və içkilər satan xürmani mağaza təmin edilib. Bu mühitlə əminəm ki, Britaniyada və digər müasir düşüncəli ölkələrdə təhsil alanlar tanışdırlar.
Sonra bir qrup tələbə çıxıb deyib ki, biz səs-küydə oxuya bilmirik. Onlar üçün də kitabxanada təknəfərlik kabinalar ediblər. Tələbələr üçün qrup şəklində kabinalar da ediblər. Bir dəfə Nigeriyadan olan tələbə əlindəki kofeni kitabxanada klaviaturanın üstünə dağıdanda universitetin işçisi ona yaxınlaşaraq, zarafatla ‘bura qarolçu qoysaq ki, insanları kofe və çay ilə içəri buraxmasım bu bizə klaviuturaları dəyişdirməkdən daha baha başa gələcək’ deyib. Qısası:
Universitetdə diqqətimi çəkən yeni bir şey də təxliyyə zamanı lift, eskalator işləməyəndə əlil arabasında olan şəxslərin pilləkanlardan rahat düşürməyə imkan verən avadanlıq oldu.
Müəllif: İlham Yusifov
Mənbə: http://ilhamaliyusif.com/