Reklamda kim kimdir? Kreativ

Reklamda kim kimdir? Kreativ
814

2011-ci ildə Azərbaycanda reklam xidmətlərinin göstərilməsinə dair, ümumi dəyəri 38,2 mln. AZN olan 2000 sövdələşmə qeydə alınıb. Dövlət statistika Komitəsi ən son məlumatları açıqlamır. Olan məlumatlarda, reklam biznesində qəbul olunduğu kimi, kreativ materialların və media materialların dövriyyəsi ayrılıqda göstərilmir. Lakin əldə olan məlumatlardan müəyyən nəticə çıxarmaq olar. Beş il ərzində qeydə alınmış şirkətlərin sayının artmasına rəğmən (351), bağlanan sövdələşmələrin azalıb, onların orta məbləği isə artıb. Kreativlər bazarının strukturuna, yəni istehlakçının hökmən baş vuracağı konsepsiyaların yaradıldığı meydana nəzər salaq.

Strukturuna görə reklam agentliklərini üç növə ayırmaq olar:

1. İri beynəlxalq şəbəkənin lokal şöbəsi;
2. Reklam xidmətlərinin tam dəstini göstərən şirkət;
3. Müəyyən dar bir sahə üzrə ixtisaslaşan agentlik.

Şəbəkəçilər autsorsinqdə

Beynəlxalq reklam agentliklərinin maraqları, bir qayda olaraq, ya yerli şirkətlər vasitəsilə, ya da işçilərini regional ofislər vasitəsilə işçilərini «sahəyə» göndərən regional ofislər vasitəsilə təmsil olunurlar. Bazarda şəbəkə agentliyinin meydana çıxması çoxmilyonluq reklam büdcəsinə malik qlobal korporasiyalarda maraq doğurur. Əksər hallarda, bu cür müştərilərin regionlara dair qlobal strategiyaları olur. Onu yalnız həm qlobal, həm də yerli ekspertizaya çıxışı olan şəbəkə agentlikləri həyata keçirə bilər. Şəbəkə müştəriləri komisyon haqların vahid əmsalından, ümumi strateji yanaşma və alətlərin istifadə olunmasından faydalanırlar.

McCann Erickson Azerbaijan reklam agentliyinin həmtəsisçisi Gəray Yusifovun sözlərinə görə, şəbəkə reklam agentliyinin əsas üstünlüklərindən biri, şəbəkədəki bütün tərəfdaşların topladıqları təcrübədən, statistikadan, metodologiya və sair resurslarından istifadə etmək imkanıdır. «Biz öz müştərilərimizin ehtiyaclarını ödəmək üçün biz qlobal şəbəkənin əlavə resurslarını da cəlb edə, inteqrasiya olunmuş reklam kampaniyası təşkil edə bilərik». 

Azərbaycan bazarının özünəməxsusluqları var. Məsələn, qənaət məqsədilə, agentliklər autsorsinqdən, yəni görüləcək işlərin bir hissəsinin üçüncü tərəfə həvalə olunması təcrübəsindən istifadə edirlər. Şirkətin bur barədə məlumatlandırıldığı təqdirdə, bu təcrübənin digər ölkələrdə də tətbiqi tamamilə məqbul sayılır.

Büdcənin idarə olunmasının tam silsiləsi

Hətta iri agentliklərdə də bütün istiqamətlər üzrə sifarişlərin daimi həcminin tam silsiləsi olmur. Bəzi şirkətlər ümumiyyətlə hər hansı reklam işlərinin yerinə yetirilməsindən ümumiyyətlə imtina edirlər. Onlar sifarişçi ilə icraçı arasında yer seçir, reklam büdcələrini idarə edirlər. İstehsal isə tamamilə xüsusiləşdirilmiş şirkətlərin autsorsinqinə verilir. Şirkətin podratçılardan hansı dərəcədə istifadə etməsindən asılı olaraq, bu müştəriyə reklam kampaniyasının tamlığına zəmanət verməli və tapşırığın yerinə yetirilməsi müddətini optimallaşdırmalıdır. Hətta işin digər icraçıya verilən hissəsi də lakonik şəkildə agentliyin düşündüyü ümumi konsepsiyaya uyğun olmalıdır. Müzakirə, razılaşdırma, təsdiqetmə mərhələsində sifarişçi bilavasitə agentliklə əlaqə saxlayır.

«Biz öz təcrübəmizdən əmin olmuşuq ki, yalnız bir istiqamət üzrə işləyərək inkişaf etmək olmaz. Bu halda sən qida piramidasının aşağı hissəsində qərarlaşacaqsan. Büdcəni götürən adam, onu sağa, sola xərcləyə bilməsinə baxmayaraq, əsas hissəsini özünə saxlayır. Lakin işi bu cür təşkil etmək asan iş deyil. Əsas odur ki, bütün istiqamətlər üzrə eyni vaxtda işləyə biləsən və prosesi daim nəzarətdə saxlayasan», - deyə Jeykhun Imanov Studio-nun banisi Geyhun İmanov bildirir.

Müştərilərə tam turizm xidmətləri göstərən agentliklərin əksəriyyəti aşağıdakı sxem üzrə işləyir:

- Müştəri ilə tanışlıq;
- İxtisaslaşmış agentlikdə bazarın təhlilinin sifariş olunması (öz intuisiyasına etibar etməyən vicdanlı agentliklər, nadir şallarda);
- Tədqiqat əsasında reklam strategiyasının işlənib hazırlanması;
- Kreativ ideyanın işlənib hazırlanması;
- İdeyanın həyata keçirilməsi üçün podratçıya göndərilməsi;
- Yerinə yetirilməsinə nəzarət.

Tam xidmətlər dəsti göstərən agentlik üçün autsorsinq zamanı gəlir müştəridən alınan məbləğlə vasitəçiyə ödənilən məbləğ arasındakı fərq hesabına, layihə menecerinin əməkhaqqı çıxılmaqla formalaşır. Bununla əlaqədar olaraq, kiçik oyunçular tez-tez öz xidmətlərinin qiymətini müəyyən olunması məsələsində təsir altına düşürlər. Nadir hallarda Azərbaycan şirkətləri açıq şəkildə qiymətlərdə agent əlavəsini tətbiq edirlər ki, bu da digər ölkələrdə adi haldır.

Bakıda butik

Ştatda bütün reklam növləri üzrə, tam surətdə işləmək mümkün olmayan mütəxəssisləri saxlamaq səmərəli deyil. Kiçik agentliklər müəyyən bir ixtisaslaşma seçərək, müştərilərə və digər agentliklərə öz səlahiyyətləri daxilində xidmətlər göstərirlər. Tez-tez bu kampaniyalar tam xidmət göstərən şirkətlərin müəyyən təcrübəyə və biliklərə malik, keçmiş əməkdaşlarının səyi ilə təşkil olunur. İxtisaslaşmış agentliklər bazarın o seqmentini tuturlar ki, orada minimal, zəruri olan kadr heyəti ilə maksimum sayda müştəriyə xidmət göstərə bilsinlər. Lakin elə düşünmək lazım deyil ki, dar ixtisaslaşma agentliyin dolanışığını təmin edə bilər.

Prosper rəqəmli agentliyinin banisi Vüqar Səfərovun sözlərinə görə, Azərbaycan bazarı üçün həddən artıq dar ixtisaslaşma da pis haldır. «Agentlik ümumilikdə sahəsinə aid olan işlərin hamısı ilə məşğul olmalı və paralel olaraq inkişaf etdirilməli olan istiqamətləri müəyyən etməlidirlər. Məsələn, biz animasiya ilə məşğul oluruq, lakin bazarın bu seqmenti çox kiçikdir, ona görə də biz başqa xidmətləri də təklif edirik. Seçilmiş istiqamətlərin hər biri üzrə biz tam xidmət göstərən agentliklərin podratçısı oluruq», - deyə Vüqar Səfərov bildirir.

Tam xidmət göstərən agentliklərlə əməkdaşlıq butikə zəruri həcmdə sifariş toplamağa imkan verə bilər. Nəticə etibarilə, şirkətlərə birbaşa xidmətlər təklif etmək barədə də düşünmək və beləliklə də, bazarı özünə uyğunlaşdırmaq olar. Mümkün variantlardan biri – böyük güzəştlə satılan iri həcmdə reklam yerlərinin hamısını almaq və sonra bu güzəştlərin bir hissəsini tam xidmətlər dəsti göstərən agentliklərə və müştərilərə təklif etməkdir. Digər bir variant isə ştat vahidlərinin sayını və fəaliyyət dairəsini genişləndirməkdir.

Azərbaycanın reklam bazarında özünəməxsus ekosistem formalaşıb ki, onun da hər bir iştirakçısı sadə olmayan şəraitə uyğunlaşmağa çalışır. Dövri olaraq, yeni rendlər yaranır, məsələn, SMM və dərhal hamı, bunun onlara lazım olub-olmadığını düşünmədən ona üz tutur. Bu cür vəziyyətdə qeyri-sabitlik (sabitlik) göstəricisi işin keyfiyyətidir. Çünki, agentliyin necə adlandırılmasından asılı olmayaraq, onu yalnız son nəticəyə görə qiymətləndirəcəklər.

Mənbə: http://www.biznesinfo.az