Reklamda 5 M
Günümüzdə reklam şirkətlərin olmazsa olmazlarındandır. Məhsul nə qədər yaxşı olsada onun mövqeyini möhkəmləndirən, onu rəqiblərdən üstün hala gətirən, məhsul haqqında daha çox kütləyə xəbər yayan reklamdır. Hər şirkət öz reklam strategiyasını öz məhsuluna və büdcəsinə görə tənzimləməlidir. ümumiyyətlə mənim fikrimcə reklam iki üsülla effektiv ola bilir.
Ya şirkət reklam kampaniyaları üçün çox böyük ölçüdə büdcə ayırmalıdır və uzun müddətli bütün reklam vasitələrində reklamı aparmalıdır. Yəniki yaddaşları qazıyıb orada həkk olunmalıdır. Yadakı az bir büdcə ilə elə bir reklam kampaniyası etməlidirki bu yaddaşlara həkk olunmalıdır. Reklamın ərsəyə gəlməsi üçün bir sıra mövzular vardırki, şirkətlər onu nəzərə almalıdırlar. Buna marketinqdə və yaxud reklam sektorunda 5M deyirlər. 5 başlığın ilk hərfi M ilə başladığı üçün bunlara birlikdə 5M deyilir. Əsasən bu kimi gedişlərə mövzunun daha rahat yadda qalması üçün gedilir.
- Money - Reklamı gərçəkləşdirə bilmək üçün şirkətin pulu və yaxud büdcəsi olmalıdır. Yada belə deyə bilərik ki, şirkətin nə qədərlik reklam büdcəsi varsa ona uyğun bir reklam gedişatı düşünmək lazımdır.
- Mission - Reklamın missiyası, vəzifəsi və əsasəndə məqsədinin nə olduğu ilk öncədən yazılı şəkildə dəqiq qeyd olunmalıdır. Bu reklam kampaniyasında iştirak edən hər kəs reklamın məqsədinin nə olduğunu əla şəkildə bilməlidir.
- Media - Hədəf kütlənizin ən çox qisminə hansı reklam vasitəsi ilə çata biləcəksininsə bu mərhələdə o seçimi etməlisiniz. Bəzi şirkətlər böyük yatırımlar edəcək TV reklamlarına üstünlük verirlər, bəzi şirkətlər isə daha az büdcə ilə djital yada başqa bir adla desək internet reklamlara üstünlük verirlər. Şirkətlərin bu seçimi ilk əvvəldə saydığıməz iki başlıqdan yəni pul və hədəfdən çox aslıdır.
- Message - Reklamın məqsəd, hədəf və seçdiyi media vasitəsinə uyğun mesajların hazırlanmasıdır. Burda əsas məqsəd mümkün dərəcə məhsula və seçəcəyiniz reklam vasitəsinə uyğun effektiv mesaj hazırlamaqdır.
- Measurement - Reklam kampaniyasının ölçülməsi mərhələsidir. Bu mərhələdə reklam kampaniyasından əvvəlki vəziyyətdə satışlarınız nə qədər idi, reklam kampaniyasından sonra satışlarınız nə yerdədir, və yaxud məhsulunuz rəqiblərə görə nə dərəcədə yerini dəyişib kimi ölçümlər edilir. Əgər irəliləyiş yoxdursa və yaxud siz geriləmisinizsə demək ki siz nələrisə düzgün etməmisiniz.
Müəllif: Cavid Abasov
Mənbə: http://cavidabasov.blogspot.com/