Rəhbərlə və liderlə işləməyin fərqləri

Rəhbərlə və liderlə işləməyin fərqləri
1259

Rəhbər və lider qarşılaşmasını hər zaman görməkdəyik. İstər şəxslər arasında söhbət olarkən istərsədə sosial şəbəkələrdə yazılı və video rolik şəklində bu qarşılaşdırmanın tez tez şahidi oluruq. Hər kəs lideri dəstəkləyir. Hər kəs lider olmaq istəyir. Videoya baxdıqdan sonra, aha mənim bütün xüsusiyyətlərim liderlə eynidir söyləyirlər. Lider olmaq istəyi çox yaxşıdır. Liderliyə gedən yol da əla yoldur. ancaq birdən birə lider olmaq istəyi biraz çətin məsələdir. Bunun üçün ilk öncə liderlərlə çalışıb təcrübə qazanmaq şərtdir. İstər layihələrdə, istər şirkət içərisinzdə, istər startup layihələrində bir liderlə işləmək insanlara daha böyük uğurlar və təcrübələr qazandırır nəinki bir şirkətdə rəhbər altında işləməklə.

Bu yazıdakı qarşılaşdırmanı rəhbər və lider arasında fərqlərdən yox rəhbər və liderlə çalışmağın üstün və əksik yönlərindən yazacağam.

Zaman

Bir şirkətdə rəhbərlə çalışmağın müəyyən vaxtları var. Bu vaxtlar müxtəlif olur. Bəziləri 10 bəziləri 8 saat çalışmaqdadır. Gecikmək söhbəti isə rəhbərdən çəkinildiyinə görə olmur. Ancaq bir layihədə bir biznesdə liderlə işləməyin müəyyən vaxtları yoxdur. Çünki sən oyaq olduğun müddətdə o layihə üçün dayanmadan çalışırsan. Şirkətə və yaxud ofisə o liderdən çəkindiyin üçün yox ona hörmət etdiyin üçün vaxtında və hətta vaxtından əvvəl gedirsən.

İşi mənimsəmək

Rəhbərlə çalışarkən o işi rəhbərindir deyə çoxda mənimsəyə bilmirsən. Sadecə müəyyən qədər maaş aldığın üçün o işi görmək məcburiyyətindəsən. Ancaq liderlə çalışarkən o işin komandaya aid olduğu hissi olur. Kollektivə nələrsə qatmaq üçün əlindən gələni ardına qoymursan.

Aktivlik

Bir şirkətdə çalışarkən müəyyən işlərlə müəyyən zaman aralığında məşğul olursan. Gecə yatmamışdan qabaq artıq sabah hansı işləri edəcəyini bilirsən. Bu şirkət iş qrafikində dəyişiklik olmadıqca eyni cür davam edir. Hər gün, hər gün, hər gün eyni işləri təkrarlamaq əminliklə söyləyə bilərəm ki, beyinin yeni bir fikir ortaya qoymasının qarşısını alır. Artıq insanlar işə gedərkən, iş görərkən həyacanlanmırlar. Ancaq liderlə çalışmaq, kollektiv şəkində yeni işlər üçün, yeni ideyalar üçün beyin yormaq sizin beyninizi daima işlək vəziyyətdə tutur. Daima yeni və uğurlu işlərə addımlamağa yol açır.

Prinsiplər

Əsas məsələ məncə prinsiblərdir. İş həyatında daha rahat olmaq istəyənlər, daha rahat düşünmək istəyənlər, ortaya qoyduqları üstün fikirlərinin həqiqətən qarşılığını almaq istəyənlər liderlərlə çalışmağı sevən insanlardır. O insanlar dünyanı dəyişmək istəyənlərdir, dəyişikliklərdən qorxmayan və ünsiyyətcil insanlardır. Düşünürəm o insanlar üçün vəzifə anlayışının bir mənası yoxdur. Rəhbərlərlə çalışan insanlar isə daha çox ciddiliyi sevən insanlardır. Düşünürəm ki onlar biraz dəyişikliklərdən də çəkinirlər. Yenə dediyim kimi hər şey beyində baş verib bitir və hər şey prinsiblərdən aslıdır.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/