Real müştəri bərabərdir 100 potensial müştəri

Mövzunun ciddiliyini şirkətlər çox yaxşı başa düşməlidirlər. Əks halda rəqabətin qüvvətli olduğu bazarlarda qısa zamanda yox olub gedərlər. Şirkət rəhbərləri birinci tam olaraq özləri bu mövzunu mənimsəməli, sonra isə şirkətdə vəzifəsindən aslı olmayaraq hər kəsə bunun nə qədər ciddi bir mövzu olduğunu müəəyyən yollarla izah etməlidirlər. Bu mövzu niyə bu qədər ciddidir? Nə üçün mən 1 real müştəri 100 potensial müştəriyə bərabərdir düşünürəm?

Müştəri, şirkətin prestijinin göstəricisi, şirkətin nə qədər brand olduğunu, əsasəndə qısa və uzun zamanda şirkətin qazancını ortaya qoyan ünsürlərdən biridir. Əsasən Azərbaycan kimi kiçik bazarda bir müştəri qazanmaq yada bir müştəri itirmək, şirkətə ciddi şəkildə ziyan gətirə bilər. Özünüz düşünün uzun zamanlı bazarda mövcud qalmağı hədəfləyən bir şirkət müştəri itkisinə yol verərək bu hədəfə necə çatacaq? Düşünürəm mümkünsüzdür.

Həmdə bir müştəri qazanmaq bir müştəri itirməkdən daha çətindir. Bəzən hədəflərini yüksək tutan şirkətlərin belə ciddi səhvlər etdiklərini anlaya bilmirəm. Bir müştəri itirmək bilirsiniz nəyə görə 100 müştəri itirməyə bərabərdir? Çünki müştərilər şirkətin məhsulundan istifadə edərkən qeyri adi bir vəziyyətin olacağını gözləmirlər. Siz onlara yaxşı mal yada xidmət versəniz, onlar bunun üçün dəhşətli dərəcədə sevinməyəcəklər. Çünki onsuzda gözlədikləri budur. Ama nəyinsə yolunda getmədiyini düşünün. Yəni mal yada xidmətdən istifadə zamanı problemlərin olması müştəridə gözlənilməyən reaksiyalar yaradacaqdır.

Onlar şirkətin bu mənfi xüsusiyyətlərini, onlara dəymiş ziyanı ürəklərini soyutmaq üçün daha çox insanla bölüşmək istəyəcəklər və edəcəklərdə. Bu zaman bu insanlar baş verənləri digərlərinə danışaraq bir növ şirkətdən acığlarını çıxacaqlar. Bu danışdıqları insanlarda özlərində bunu digər yaxınlarına danışarlar və beləliklə bir müştəri itirmək onlarca və bəlkədə yüzlərcə müştəri itirməyə bərabər olacaqdır. Bunun üçündə şirkət rəhbərləri bu mövzu üzərində ciddi şəkildə durmalıdırlar.Hər kəsə işlərində və həyatında uğurlar arzulayıram.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/