Qısa müddətli günorta yuxusu yuxusuz gecəni əvəz edə bilər

Qısa müddətli günorta yuxusu yuxusuz gecəni əvəz edə bilər
2526

Alimlər müəyyən ediblər ki, ağır yuxusuz gecədən sonra günorta qısa müddətli istirahət orqanizmin hormonal fonunu normaya sala və insanın əhvalını müəyyən dərəcədə yaxşılaşdıra bilər. Tədqiqat barədə məqalə Journal of Clinical Endocrinology&Metabolism-də dərc olunub.

Alimlər 11 könüllü şəxs üzərində təcrübə aparıb. 2 saatlıq gecə yuxusundan sonra təcrübə aparılan şəxslərin qanında noradrenalinin səviyyəsinin artması (təxminən 2,5 dəfə), eləcə də interleykin-6 səviyyəsinin yüksəlməsi kimi hallar müşahidə olunmuşdur. Noradrenalin orqanizm tərəfindən şok, qanitirmə, yanıq, əsəb gərginliyi zamanı hasil olur. İnterleykin-6 bədən temperaturunun yüksəlməsinə gətirən enerjini mobilizə edir, immun cavabı stimullaşdırır.

Sonrakı gün 2,5 saatlıq yuxu fasiləsi orqanizmin bütün göstəricilərini normaya salırdı. Tədqiqatçılar iddia edir ki, yarımçıq yuxudan əziyyət çəkən hər bir şəxs bu tədqiqat nəticələrini diqqətə almalıdır.