İnsan sağlam həyat tərzi ilə yaşasa da, orqanik qida qəbul edib və mütamadi idmanla məşğul olsa da, tibbi yardım tələb edən hadisələr gözlənilmədən baş verə bilər. Dünyanın ən yaxşı səhiyyə sisteminə malik ölkəsi sualına gəldikdə isə bir çox faktorlar analiz olunur. Bizim bu siyahımızda yer tutmuş ölkələr mükəmməl ictimai və şəxsi tibbi xidmətləri təqdim edir. Reytinqimizdə uzunömürlülük, səhiyyənin qiyməti və ümumi effektivlik göstəricisini formalaşdıran bir çox diqər faktorlar nəzərə alınıb. Bu siyahıda olan ölkələrin çoxu sizi təəcübləndirməsə də bir neçə gözlənilməzlik də olacaq. Oneclick.az Sizə dünyanın ən yaxşı səhiyyəsinə malik ölkələrini təqdim edir.
Isveç səhiyyə sistemi (62.6)
Təmiz havasından başqa İsveç həm də öz vətəndaşlarını yüksək səhiyyə xidməti ilə təmin edən ölkələrdən biridir. Sistem dövlət tərəfindən maliyyələşdirilir. Tibbi xərclərin 97% - i hökumət tərəfindən ödənildiyi halda qalan 3%-i vətəndaşların payına düşür. Stamotologiya dövlət səhiyyə sistemi tərəfindən maliyyələşdirilməsə də, bu sahəyə qismən maliyyə yardımı edilir, 0 - 19 yaş qrupuna isə tamamilə pulsuz tibbi xidmət göstərilir.
İsveçrə səhiyyə sistemi (63.1)
Dünyanın ən gözəl ölkələrindən biri olan İsveçrə 2012-ci ildən bəri ən yüksək orta ömürlülük göstəricisinə malikdir: kişilər üçün yaş həddi 80.5 yaş, qadınlar üçün isə 85 yaş. Sözsüz ki, bunda ölkənin səhiyyə sisteminin də qismən əməyi vardır. Burada tibbi xidmətlər əsasən dövlət hesabına ödənilir, yalnız kişik hissə şəxsi tibbi sığorta vasitəsilə vətəndaşların özləri tərəfindən ödənilir. İsveçrə vətəndaşlarının hər biri tibbi polislərlə (sığorta vəsiqələri) təmin olmalıdırlar.
Cənubi Koreya səhiyyə sistemi (65.1)
Bəlkə də siz bu barədə bilmirsiniz, ancaq Cənubi Koreya mükəmməl tibbi sistemiylə dünyada tanınır. Cənubi Koreya hökumətinin maraq dairəsində olan ən əsas səhiyyə problemlərindən biri yerli əhalinin əziyyət çəkdiyi xəstəliklərin artmasına səbəb olan ətraf mühitin çirklənməsi məsələsidir. Vəziyyəti yaxşılaşdırmaq üçün vətəndaşları bərabər və ədalətli tibbi xidmətlər və 100% imtiyazla təmin edən vahid səhiyyə sistemi tətbiq olunmuşdur.
Avstraliya səhiyyə sistemi (66)
Gözəl hava və sakit həyat tərzinə görə Avstraliya yaşayış üçün ən yaxşı ölkələrdən biridir. Digər səbəb isə ölkənin olduqca effektiv səhiyyə sisteminə malik olmasıdır. Federal hökümət universal səhiyyə sistemiylə vətəndaşların 75% tibbi xərcini öz üzərinə götürür, yerdə qalan 25% isə şəxsi tibbi sığorta vasitəsilə ödənilir. Stomatologiya, optometriya və təcili yardım xidmətləri dövlət tərəfindən ödənilən xidmətlər siyahısına daxil olmasa da, aşağı gəlirə malik vətəndaşlar subsidiyalar sayəsində bu xidmətlərdən faydalana bilirlər.
İtaliya səhiyyə sistemi (66.1)
Avstraliyanı cəmi 0.1 bal arxada qoyan İtaliya səhiyyə sistemi ilə dünyada seçilir. Ölkədə həm dövlət həm də özəl səhiyyə sistemi fəaliyyət göstərir. Burada orta ömür göstəricisi 82 ildir. İtaliyada bütün cərrahi əməliyyatlar dövlət müəssisələrində olduğu kimi, özəl müəssisələrdə də pulsuzdur. Təxirəsalınmaz tibbi yardım bütün ölkə sakinləri, hətta ölkə ərazisində qeyri leqal yaşayan şəxslər üçün də tamamilə pulsuzdur.
İspaniya səhiyyə sistemi (68.3)
Mükəmməl səhiyyə sistemilə yanaşı İspaniya bilikli həkimləri, yaxşı təlim keçmiş tibb bacıları, ən yaxşı tibbi avadanlıqlarıyla seçilir. Resept əsasında buraxılan dərmanlar xüsusi ödəniş sistemiylə ödənilir, belə ki, az qismi vətəndaşlar tərəfindən, böyük qismi isə dövlət tərəfindən ödənilir. Sözsüz ki, mükəmməl səhiyyə sistemi məhz belə olmalıdır.
İsrail səhiyyə sistemi (68.7)
Effektivliyinə görə dünyada 4-cü yeri tutan İsrail səhiyyə sistemi ölkə vətəndaşlarının fundamental hüququ sayılır. İsrailin universal səhiyyə sistemi bütün vətəndaşlardan əlavə tibbi sığorta tələb edir. Hökumət tərəfindən tənzimlənən sistem özünün müasir avadanlıq, yaxşı təlim keçmış həkim və tibb bacıları ilə dünyada texnoloji baxımdan inkişaf etmiş sistemlərdən biri sayılır. Səhiyyə turizmi yönündə İsrail geniş istiqamət alır.
Yaponiya səhiyyə sistemi (74.1)
Bütün effektiv səhiyyə sistemlərində olduğu kimi Yaponiya da, vətəndaşları tibbi xərclərinin çox hissəsini ödəyən universal tibbi sığortayla təmin edir. Adətən burada işəgötürənlər tərəfindən işçilərə əlavə şəxsi sığortalar verilir. Yaponiya hökuməti işsiz və kasıb təbəqələrə xüsusi diqqət ayırır. Hökumət tərəfindən subsidiya alan aşağı gəlirli və evsiz şəxslər bütün tibbi xərclərdən azad edilir.
Sinqapur səhiyyə sistemi (81.9)
Sinqapurun səhiyyə sistemini bu siyahıya daxil etməmək mümkün deyil. O, həm maliyyələşmə, həm də effektivliyinə görə seçilir – bu nadir kombinasiya dünyanın ən yaxşı səhiyyə sistemi üçün xarakterikdir. Dövlətin tibbi xidmətindən əlavə Sinqapurun özəl tibb xidməti sektoru da effektivliyi ilə seçilir. Bu yolla, Sinqapur vətəndaşları həm dövlət, həm də özəl sektordan lazımi, üstün xidmətlərlə faydalana bilirlər.
Dünyanın ən mükkəmməl səhiyyə sistemi - Honkonq (92.6)
Ümumilikdə, Honkonq dünyada ən yaxşı səhiyyə sisteminə malikdir, bunda çox inkişaf etmiş tibb sisteminin də qismən payı var. Dünya üzrə uzunömürlülüyün ən yüksək olduğu Honkonqda körpə ölümü göstəricisi ən aşağı səviyyədədir. Sinqapurda olduğu kimi Honkonqda da tibbi xidmətlər həm dövlət, həm də özəl sektorlarda göstərilir.