Professional olmaq üçün 10 ipucu

Son zamanlarda oxuduğum ən yaxşı kitablardan biri Keith Ferrazzinin "Heç vaxt tək yemə" adlı kitabıdır. Bu kitab hakkında yaxın zamanda yazı yazacağam. Bu yazıda kitabın içərisindən Keithin məsləhət gördüyü və professional olmaq üçün lazım olan 10 ip ucunu qeydə edəcəyəm. Keith deyir ki, bunların hər biri təcrübələrdən keçmiş və özünün də bunlara doğurdan bağlı olduğu ipuclarıdır.

1. İrəli atılın, trendləri və fürsətləri ilk siz analiz edin. Bunları davamlı olaraq edənlər və bacaranlar qısa zamanda iş dünyasının starı ola bilirlər.
2. Heç kimin verə bilməyəcəyi sualları verin. Özünüzdən başlaya bilərsiniz. İlk öncə cəsarəti toplayıb özünüə suallar verin. Bunlara cavablar tapın. İnanın ki, çox gözəl nəticələrə aparacaqdır sizi.
3. Özünüzü və bacarıqlarınızı bilin. Yalnız bunun sayəsində özünüzü harda gördüyünüzü və güclü olduğunuz yönləri yaxşı biləcəksiniz və onların üzərində daha yaxşı duracaqsınız.
4. Öyrənməyə hər zaman açıq olun. Yaşınızdan aslı olmayaraq və vəzifənizdən aslı olmayaraq hər zaman öyrənin.
5. Sağlam olmaq şərtdir. Özünüzə, vücudunuza, zehninizə və ruhunuza ən yaxşı şəkildə diqqət etməyiniz vacibdir.
6. Qeyri-adi təcrübələrə daima hazırlıqlı olun. Fərqli təcrübələr, fərqli bacarıqlar əldə edin.
7. Cəsarətinizi heç vaxt itirməyin. Sizi hədəflərə aparacaq ən böyük gücünüz cəsarətinizdir. Çalışın onu heç vaxt itirməyin.
8. Yeni texnologiyaları öyrənin. Texnologiya dəlisi olmağa ehtiyac yoxdur, ancaq texnologiyanın sizin işinizə yarayan tərəflərini yaxşı bilməlisiniz.
9. Niş bir sektor tapın. Niş sektor hər zaman tapmaq olar. Şirkətinizin performansının zəif olduğu fəaliyyətləri düşünün və performansı qaldırmaq üçün yeni yollar kəşf edin.
10. Pulu təqib edin. Sizin yaradıcılığınız və bacarıqlarınız sayəsində verdiyiniz təkliflər, sizi dinləyən digər şirkətdəkilərə "bu təkliflərlə şirkət daha çox gəlir əldə edəcək" fikrini gətirməlidir. Bir şirkəti ayağda tutan əsas qüvvə satışlar və gəlirlərdir. Biri gəlib sizin məhsulunuzu almadığı təqdirdə bütün fikirlər mənasızdır.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/