“iPhone 6”nın Azərbaycanda qiyməti

“iPhone 6”nın Azərbaycanda qiyməti
4037

2014-cü il Sentyabrın 9-da təqdim olunan “Apple” şirkətinin yeni smartfonu “iPhone 6” artıq Azərbaycanda da satışa çıxarılıb. Bakının telefon mağazalarında 16 Gb “iPhone 6” 1695 manata, 64 Gb isə 1895 manata satışa qoyulub.

Qeyd edək ki, “Apple” şirkəti 4,7 və 5,5 düym ekrana malik “iPhone 6” və “iPhone 6 Plus” adlı telefonlarını təqdim edib. “iPhone 6” nın qalınlığı 6,9 mm, “iPhone 6 Plus”da isə 7,1 mm-dir.

“iPhone 6” telefonunda dünyanın ən məşhur videokamerası var. Yeni smartfonlar saniyədə 30 kadradək sürətlə Full HD (1080p) təsvir ölçüsündə şəkil çəkmək imkanı ilə təchiz edilib. Yeni “iPhone” smartfonları “iOS 8” platforması ilə işləyəcək.