Porsche haqqında eşitməyən varmı?

Ata: Ferdinand Porsche.
Oğul: Ferri Porsche.

Ferdinand Porsche öz şirkətini baş ofis Ştutqartın mərkəzində olmaqla “Dr. İng.h.c.F.Porsche GmbH” adı altında 1931-cil ildə yaratdı. İlkin olaraq, şirkət motorlu vasitələrin inkişaf işlərini və konsaltinqi təqdim edirdi və öz adı altında heç bir maşın istehsal etmirdi. Şirkətin ilk tapşırıqlarından biri Alman hökumətindən gəldi, xalq üçün maşın - ”Volkswagen” şirkəti dizayn üçün müraciət etmişdir. Bu sifariş, bütün zamanların ən uğurlu maşınlarından biri kimi, Volkswagen Beetle-ın yaranmasına səbəb oldu. Beləliklə, F.Porsche təkcə Porschenin deyil, həm də Volkswagen Beetle-ın ərsəyə gəlməsinin səbəbkarıdır.

Onu da qeyd etmək lazımdır ki, öz karyerası boyu, Ferdinand Porsche, Daimler-Benz, Volkswagen, Avto Həmkarlar İttifaqı və digərləri ilə 50 il ərzində əməkdaşlıq çərçivəsində işləmişdir.

1945-ci ildə hərbi cinayətlərə görə həbs edilən Ferdinand Porsche öz səlahiyyətlərini oğlu Ferriyə təqdim etdi və onun ulduzu doğmağa başladı. Atasının Fransadakı Dijon həbsxanasındakı hərbi cinayətkar kimi 20 aylıq həbs həyatı zamanı, F. Porschenin oğlu, Ferri Porsche, öz maşınını yaratmağı qərar alır, çünki O, istədiyini tapa bilmirdi. Odur ki, ailə şirkətini işlək tutmaq üçün Ferri, yarış maşınları dizayn etdi. Məhz həmin ərəfələrdə O, yuxarıda adı gedən ilk Porsche idman üslublu maşını yaratdı.

İlk Porsche 356, arxa tərəfi qalxmış, 40 at gücündə Volkswagen mühərrikli, avto-hissələri istənilən yerdən tapıla biləcək bir maşın idi.İlk Porsche un dəyirmanda əl ilə yığıldı. Maşının zavoddan çıxdığı gündən bir ay sonra Porsche 356, özünün ilk yarışmasını qazandı. Model, 1950-də kütləvi istehsala buraxıldı və 1954-də onun Speedster versiyası təqdim edildi. 1956-da 10 000-ci Porsche 356 konveyerdən buraxıldı və sonrakı illərdə isə Porsche 356B versiyası istehsal edilməyə başladı.
Porşe haqqında eşitməyən varmı?

Ata: Ferdinand Porşe
Bir qənaət var, o da budur ki:
Ferdinand Porşe-siz bu gün nə avtomobil nəhəngi Volksvagen, nə də lüks marka Porşe mövcud olardı. Alman avtomobil-qayırmasına böyük nüfuzu olan şəxs, 1875-ci ildə Bohemiada anadan olub və praktiki təcrübəsini atasının mexaniki sexində tamamlayıb.

Əslində Porşe şirkəti, tarixi başlanğıcını Ferdinand Porşenin özünün avtomobil istehsalı biznesinin başlaması fikrindən uzun müddət əvvəl götürür. Gənc mühəndis kimi, o, 1900-də ilk elektrik/qazolin hibridi yaratmışdır.

Ferdinand Porşe, şirkətini, baş offis Ştutqartın mərkəzində olmaqla “Dr. İng.h.c.F.Porsche GmbH” adı altında 1931-cil ildə yaratdı. İlkin olaraq, şirkət, motorlu vasitələrin inkişaf işlərini və konsultinqi təqdim edirdi və öz adı altında heç bir maşın istehsal etmirdi. Şirkətin ilk tapşırıqlarından biri, xalq üçün maşın,”Volksvagen”, dizayn etmək üçün Alman hökumətindən gəldi. Bu sifariş, bütün zamanların ən uğurlu maşınlarından biri kimi,Volksvagen Beetle-ın yaranmasına səbəb oldu.

Beləliklə, F.Porsche təkcə Porşenin deyil, həm də Volksvagen Beetle-ın ərsəyə gəlməsinin səbəbkarıdır. Porsche 64 isə Beetle-ın bir çox komponentlərini istifadə edərək 1939-cu ildə yaradılmışdır.

Qabağa qaçaraq qeyd etmək lazımdır ki, öz karyerası boyu, Ferdinand Porşe, Daimler-Benz, Volksvagen, Avto Həmkarlar İttifaqı və digərləri ilə 50 il ərzində əməkdaşlıq çərçivəsində işləmişdir.

II Dünya müharibəsi zamanı Volksvagen istehsalı, Beetle-ın hərbi versiyasına, Kübelvagen-ə, 52000 ədəd istehsal, və Şvimvagen-ə,15 584 ədəd ist., çevrildi. Porşe, müharibə zamanı ağır tanklar üçün dizaynlar hazırladı, amma, Tiger I və Tiger II təklif edən Henşel və San şirkətinə bu müqaviləni uduzdu. Lakin bütün işlər heç də hədər getmədi. Belə ki, Tiger I üçün Porşenin dizayn etdiyi şassi, Elefant tank dağıdıcısı üçün istifadə edildi. Porşe, həmçinin, müharibənin sonuna yaxın, Maus super ağır tank yaratdı və bundan iki ədəd istehsal etdi.

Müharibədən sonra 1945-ci ildə KdF-ştadt-dakı Volksvagen zavodu, Britaniyalıların əlinə keçdi. Ferdinand Porşe, Volksvagen İdarə heyətinin Sədri vəzifəsindən kənarlaşdırıldı. İvan Hirst, Britaniya Ordusu Mayoru, zavodun idarəsinə keçdi(Volsburqda Volksvagen jurnalı onu “Volksvageni qurtaran Britaniya Mayoru” adlandırdı).
Həmin ilin Dekabrında Ferdinand hərbi cinayətlərə görə həbs edildi. Həmin dövrlərdən etibarən, oğlu Ferrinin ulduzu doğmağa başladı.

Oğul: Ferri Porşe.
Avtomobil adamı üçün bu normal haldır ki, oğul Ferri, atası avtomobil yarışında olarkən dünyaya gəlib. Yaşa dolduqca o, atasının firmasında cizgiçi və test sürücüsü olmuşdur. Atasının Fransadakı Dijon türməsində hərbi cinayətkar kimi 20 aylıq həbs həyatı zamanı, F. Porşenin oğlu, Ferri Porşe, öz maşınını yaratmağı qərar alır, çünki o, almaq istədiyini tapa bilmirdi (Hərçənd ki, Ferri də həbs edildi, amma tezliklə sərbəst buraxıldı). O, həmçinin, şirkəti, atası həbsdən 1947-ci ildə çıxana qədər, çətin mərhələdən çıxarmalı idi. Ailə şirkətini işlək tutmaq üçün Ferri, yarış maşınları dizayn edirdi. Məhz həmin ərəfələrdə o, yuxarıda adı gedən ilk Porşe idman üslublu maşını yaratdı.

356
İlk Porşe 356, arxa tərəfi qalxmış, 40 at gücündə Volksvagen mühərrikli, avto-hissələri tapıla biləcək istənilən yerdən alınan (müharibədən sonrakı Avropanın halı) bir maşın idi. Tsürix, İsveçrə, pərakəndəçisi bu maşından 5 ədəd sifariş etdi və həmin maşınlar Qmund, Avstriya, qərargahında, kiçik dəyirmanda əl ilə yığıldı. İlk maşının zavoddan çıxdığı gündən bir ay sonra 356, özünün ilk yarışmasını qazandı. Model, 1950-də kütləvi istehsala buraxıldı və 1954-də onun Speedster versiyası təqdim edildi. 1956-da 10 000-ci 356 konveyerdən buraxıldı və sonrakı illərdə 356B versiyası, istehsal edilməyə başladı.

İkonanın yaranışı: 911-in doğuşu
Digər maşın kompaniyaların tarixlərinin əksinə olaraq, Porşe komandasının göstərdiyi inkişaf, hətta, Ferdinand Porşenin 1951-də 76 yaşında vəfatından sonra da böyük problemlərlə rastlaşmırdı. Onlar öz uğurlarını 1963-də tapdılar: 911 yaranışı. Konsept, ilkin olaraq 901 adlandırıldı, amma 1964-də istehsal edilən maşın rəsmi olaraq 911 adlandırıldı. Onun 2 litr, 6 silindir mühərriki 130 a.g. təqdim edirdi ki, bu da 356-dan çox daha güclü idi. Onillik ərzində yarı-avtomat sürət ötürücüsü və yüksək performansı ilə Tarqa adlanan giriş-səviyyəli versiya da buraxıldı.

9**-lər:

1965-ci ildə Porşe 356-nın istehsalını dayandırdı, amma onun mühərriki yeni giriş-səviyyəli 912-də yaşamağa davam etdı. Bu, öz növbəsində, 1970-də orta-mühərrikli 914, 1976-cı ildə isə ön-mühərrikli 924 ilə dəyişdirildi. Büsbütün yeni 928, 1978-də 240 a.g və V8 mühərriki ilə debütə çıxdı. 1982-də satışa çıxarılan 944, 924-ün əsasında yığılsa da, bu yeni model, Porşenin yaratdığı 4-silinder motora malik idi. Super maşın 959, 1985-də Frankfurt Avto Şousunda təqdim edildi. 1987-də 250 000-ci 911, yığım konveyerindən çıxdı.

Yarış Rekordları:
İdman maşınların, Porşe zavodunda istehsal edildiyi zamanlarda bu firmanın maşınları dünyada yarışları udmaqda davam edirdi. 1951-də kiçik 356 SL, Le Mans-da öz sinifi üzrə qalibiyyətini, 550 Spyder isə Tarqo Florio-da özünün ilk ümumi qalibiyyətini əldə etdi. 1960 və 1970-lər, Nörbörqrinq 1000 km-lik, Daytonun 24 saatlıq, Kan-Am seriyaları və Dünya Çempionatı yarışlarınıdakı qalibiyyətinə şahid oldu. 911 Carrera 4x4 -ün qalibiyyətləri və 959-un Paris-Dakar rallisindəki qalibiyyəti 1980-lərdə baş verdi.