Həyatı boyu 20 minə yaxın əsər yaradan Pablo Pikassonun Azərbaycanda da yaradıcılıq nümunələrindən bir neçəsini görmək mümkündür. Hazırda Azərbaycan Müasir İncəsənət Muzeyində Pikassonun dörd əsəri saxlanılır. Bunlardan biri "Dalmatin iti" əsəridir. 1959-cu ildə yaradılan əsər kətan üzərində yağlı boya ilə işlənilib. Digər bir əsər isə "Yaradılmış" adlanır. Kətan üzərində yağlı boya ilə işlənən əsər 1950-ci illərdə çəkilib. Üçüncü əsər isə 1971-ci ildə çəkilmiş "Oxuyan" əsəridir. Rəssamın ömrünün son illərində çəkdiyi bu əsər eynilə kətan üzərində yağlı boya ilə işlənib. Muzeydə Pikassoya məxsus olan dördüncü eksponat isə qrafik qravüra nümunəsidir. "Baxış" adlı qravüra 1940-cı illərə aiddir.
Qeyd edək ki, Müasir İncəsənət muzeyində Pablo Pikassodan başqa, Qərb avanqardının digər nümayəndələri olan Mark Şaqal, Salvador Dalinin də əsərləri ayrıca zalda nümayiş etdirilir.
Mənbə: http://www.buro247.az