Peşəkarlıq və şəxsi keyfiyyətlər

Peşəkarlıq və şəxsi keyfiyyətlər
1221

Sual: Fəxri müəllim, Sizcə işə qəbul ediləcək işçiinin biliyindən başqa onun şəxsi və əxlaqi keyfiyyətlərinin şirkət üçün hansı əhəmiyyəti var?

Sualın müəllifi: Mirəli Ağayev

Cavab: Düşünürəm ki, işə qəbul ediləcək insanların sahəvi bilik və bacarıqları ilə bərabər həm də şəxsi və əxlaqi keyfiyyətləri çox mühimdir. Bəzi hallarda insanın bu keyfiyyətləri sahəvi biliklərindən daha da üstün tutulur.

Ümumiyyətlə isə “peşəkar” sözünə ancaq sahəvi biliklər, vərdişlər və təcrübə daxil deyildir, bu sözə həm də insanların etik normalarına riayət etməsi daxildir.

Buna əlavə olaraq, ümumi insani və etik qaydalar, doğruluq, düzgünlük, haqsızlıqdan qaçınma və insanların haqqına girməmək kimi şəxsi xüsusiyyətlər peşəkarlığın ÇOX vacib tərkib hissələridir. Ətrafımızda peşə biliklərinə hakim olub insanlara zərər verən polis, vergi, gömrük əməkdaşları, həkimlər, idarəçilər və dövlət qulluqçuları az deyil. Peşəkar bilik və bacarıqlar peşəkarlığın binasıdırsa, bu binanın üzərində durduğu bünövrə isə doğru DƏYƏRLƏRDİR. Doğru dəyərlərin olmadığı yerdə “peşəkarlıq” kor, faydasız və zərərli olur.

Sahəvi biliklər/təcrübə və etik qaydalara əlavə olaraq dürüstlük, təvazökarlıq, sadiqlik, ədalitli olma, səbir, zəhmətkeşlik, əzmkarlıq, uğursuzluqla qarşılaşanda ruhdan düşməmə, müsbət düşüncə tərzi, iradə kimi şəxsi keyfiyyətlər ÇOX mühimdirlər.

Real misal üzərində göstərim Sizə bunları.

Bir insan düşünün : işini yaxşı bilir, peşəsində güclüdür, kifayət qədər də təcrübəlidir.

  • Ona vəzifəsi ilə əlaqəli olaraq etibar edilən maddi və şirkətin imkanları və mülkiyyətinə məsuliyyətlə yanaşmır, bunları şəxsi məqsədləri üçün istifadə edir və ya bunları mənimsəyir;
  • Uğursuzluqla qarşılaşanda ruhdan düşməsini və işi davam etməməsini düşünün;
  • Ona verilən tapşırıqlara və ya tutduğu vəzifəyə görə işlərini dürüst və tam məsuliyyətlə yerinə yetirmədiyini düşünün;
  • Icra etdiyi işin bir müddət sonra qeyri müəyyənlik mərhələsində olduğuna görə əzmkar olmamasına görə geri çəkildiyini düşünün bu insanın;
  • Iş həyatında qarşısında çıxan sıxıntıları və problemləri müsbət düşüncə tərzi olmadığına görə gərginliklə qarşıladığını düşünün bu insanın.

Peşəyə qarşı hörmətin, məsuliyyətin, əzmkarlığın, iradə gücünün ən gözəl misallarından məşhur alman alimi, planetlərin hərəkəti nəzəriyyəsinin qurucusu İoqan Keplerdir. O, öz hesablamalarında səhv etməmək üçün 70 (!!!!) dəfə onları təkrarlayırdı. Hər hesablama böyük formatda 3 səhifə deməkdir. Ölümündən sonra 900 hesablama səhifəsi tapılmışdı onun yaşadığı evdə.

Gələcəkdə Sizin haqqınızda peşəkar olaraq danışanda dürüstlük, məsuliyyətli olma, reputasiyanız insanların məhz vurğuladıqları məqamlar olacaqlar. (Bu haqda mənim daha öncə yazdığım məqalədə etik normalara riayət etmənin uzun müddətdə insanın reputasyia və nəticədə karyerasına necə təsir edəcəyi məqaləi burda oxumaq olar “Reputasiyanızı qoruyun“)

Şəxsi keyfiyyətlər bünövrə kimi baxın. Bünövrənin güclü olması binanın bütün sarsıntılarda dözəcəyi deməkdir. Əgər bünövrədə çatlaqlar varsa, sarsıntı onlar sadəcə genişləndirəcəkdir, və ən sonda bütün bina çökəcək.

Müəllif: Fəxri Ağayev

Mənbə: http://agaev.az