Özünə investisiya kimə lazımdır?

“Özümüzüadamın işə düzəlib sənə kömək etməyini gözləyərsən. Gerisini Allah bilir…

Ağır gəlir?

Vaxtında özünə diqqət ayırıb gələcəyin mütəxəssisini yetişdirmək də elə sənin əlindədir. Bu prosesə ad qoyaq: özünə investisiya. Termin olaraq baxsaq investisiya pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar – bu kimi maddi dəyərlər və intellektual sərvətdən ibarətdir. Diqqət edək: bank əmanəti, pay, səhm, pul vəsaiti, qiymətli kağızı KİM istəmir? “İstəmirəm” deyən adam bağlasın yazını işi ilə məşğul ola bilər. 

Fikir versək, bu kimi arzuların reallaşması üçün nə lazımdırsa əslində sonda qeyd olunub: intellektual sərvət.. Bir investisiya digər investisiyanın nəticəsidir.

Bunları bilirik təbii ki.. Axı biz bunları eşidirik, kurslarda, təlimlərdə, facebook reklamlarında və s. Bəs bunun üçün konkret nə lazımdır? Bir qədər detallı yanaşaq.

  • Əyləncə – inkişaf etmiş cəmiyyətlərdə məktəb şagirdi üçün riyaziyyat, tarix qədər, bəlkə ondan da önəmli olan yeniyetmənin idmana, musiqiyə, əyləncəyə maraq göstərməsidir. Təəssüf ki, ibtidai sinifdən müəllim idman dərslərini riyaziyyat dərsləri ilə əvəz etdiyindən gənc olarkən adam yaşamağını da bilmir. Birdən boşluq görəndə isə hisslərini və özünü itirir. Bu səbəbdən sağlam əyləncəyə hər kəsin ehtiyacı var. Sağlam əyləncə nədir? Bir qədər sonra…
  • Dil bilikləri – az qala nənədən də soruşsan “get, dil öyrən” deyəcək. Bu təkcə CV üçün üstünlük deyil, şəxsi inkişaf, fərqli cəmiyyətə çıxış, dünya görüşü üçün önəmli alətdir. Dil öyrənmək üçün sadəcə istəmək lazımdır, o qədər danışıq və dil kursları var ki, sadəcə kiçik araşdırma kifayət edir.
  • Təlimlər – ali məktəblərimizdə mühazirələrdəki boşluqları aradan qaldırmağın çarəsi budur. Universitet müəllimindən ala bilmədiyin diqqət və yaxınlığı bir təlimçi daha yaxşı təmin edib motivasiya yarada bilir. Çox şükür ki, artıq ilkin biliklərə yardım edən təlimlər ödənişsiz şəkildə müxtəlif məkanlardan təklif olunur.
  • İntellektual oyunlar – dünya görüşü və beynin inkişafı baxımından ciddi bir təsiri danılmazdır. Bu yarışlarda iştirak və qalibiyyət isə birbaşa əziyyətin nəticəsini göstərir. Xüsusən ali məktəb klubları və təşkilatların fəaliyyətini qeyd etmək kifayət edir.
  • Mütaliə – məqsədin romantikanı artırmaq olsun, “cool görünmək” olsun, ya da həqiqətən inkişafın olsun, fərq etməz , bir kitab oxumağın ən azı bir şeylər qazandıracağını bir dəfə də olsa oxuyan bilir. “Book café”lər, üzvlük kitabxanaları dəyərləndirə bilərsiz.
  • Təcrübə – diplomun yanında təcrübə sertifikatlarının və ya könülülük fəaliyyətinin olması üstünlükdür. Ən azı sən kollektivlə işləyib bunun ciddiliyini və məsuliyyətini anlamış olursan. Təcrübə proqramları nəhayət ki, şirkətlərin faydalı gördüyü sahəyə çevrilir. Bir qədər əziyyət çəkib tapmaq olar.
  • Ətraf – tələbə olarkən ətrafımızın yalnız qrup yoldaşları ilə məhdudlaşması inkişafımıza mane olur deyə bilərik. Ətrafı nə qədər genişləndirsək bir o qədər gələcək networking üzərində işləmiş olarıq. Geniş gənclər məkanları bu ilkin şəbəkənin qurulmasında ən gözəl vasitədir.

Yuxarıda qeyd olunanlar da demək olar hər birimizə gün kimi aydındır. 7,5 Ielts, aylıq 500+ Azn maaş, uğur sertifikatları, geniş çevrə, intellektual imic, düzgün brendinq və bu digər kimi istəklər də çoxuna gün kimi aydındır. Amma nəticələrlə istəklərimizi ayıran bir tənbəllik və addımsızlıq var. Bu addımı atıb özünə investisiya etmək lazımdır.

Diqqət etdizsə, inkişaf deyəndə ilk olaraq əyləncədən başladım, amma sağlam əyləncədən.. Bunun üçün sadəcə öyrənərək əylənmə vərdişi lazımdır. Kimsə deyirsə ki, “mənə öyrənmək darıxdırıcı, sıxıcı gəlir” bunu aradan qaldırmaq üçün vərdiş etmək lazımdır. Məsələn, IB Club vasitəsilə uzunmüddətli belə bir vərdişi formalaşdıra bilərsiz.

Bəli, adamın özünə investisiya etməsi o demək deyil ki, əlinlə pul verib başına əzrail kəsdirəsərən, bu prosesdə yaşayıb zövq almadıqca işlər qəlizdir. Gəncin bir istədiyi əyləncədirsə, digər zərurəti də onun öyrəndikləridir. Bu ikisini bir arada tutub gəncliyi yaşamaq isə xoşbəxtlikdir. Gününüzü diplom və sertifikata həsr etməyin, bunları yaradan proseslərdən zövq almağa həsr edin. Məsələn, hazırda bu yazını oxuyub ayırdığınız vaxt itkisidir ya fayda? İnkişafınızı və həmin yolda addımları düşünün, cavabını təyin edərsiniz.

Ən əsası ayırdığınız dəyərli vaxtınızı halal edin. :)

Müəllif: Kəmaləddin Nəzərli

Mənbə: https://kamaladdinnazarli.wordpress.com