Niyə iqtisad elmləri doktoru?

Niyə iqtisad elmləri doktoru?
929

Əziz oxucu, bugün Azərbaycan Dövlət İqtisad Universitetinin Elmləri doktoru proqramı üzrə tədqiqata qəbul edildim. “Loru” dildə desək mən “professor” olmaq üçün şans qazandım. Niyə mən, bizneslə məşğul olan biri olaraq akademik karyeraya belə əhəmiyyət vermək istəyirəm. Niyə mən PhD etdikdən sonra, İqtisad Elmləri Dokturu olmaq istəyirəm? Məni tanıyanlar bilir ki, akademik karyera barədə düşüncələrin “yümşaq desək” yaxşı deyil, bəs niyə biz bu addımı atdıq? Maraqlıdırsa, yazını oxuyun.

İlk əvvəl qeyd etmək istəyirəm ki, İqtisad Elmləri Doktoru pilləsi akademik karyeranın ən pik nöqtəsi hesab edilir. Əgər maqistratura Elmləri namizədi (indi olan sistemlə, Fəlsəfə Elmləri doktoru) və bakalavr arasında olan bir keçiddirsə, fəlsəfə elmləri dokturu (iqtisad elmləri namizədi) bir alimlik adıdır. Amma Elmlər dokturu… bu əsl alimlikdir. Elmlər doktoru, professor adını almaq üçün bir pillədir.

Əgər PhD dissertasiyasında hansısa bir sahə araşdırılır və bu sahəyə tövhə-yenilik xarakterli bir məsələ məğbul hesab edilirsə, Elmlər doktoru olmaq üçün mütləq hansısa bir fundamental yenilik və ya fundamental hesab ediləcək araşdırma həyata keçirmək lazımdır. Bu bizim üçün çox vacib edi. Biz çox istəyirdik ki, məhz belə bir araşdırma üçün motivasiyamız olsun. Niyə?

Birincisi ona görə ki, mən bir Azərbaycan vətandaşı olaraq ölkəmizin inkişafı üçün mütləq tövhə verməyi özümə borc bilirəm (əminəm səndə belə düşünürsən) və Elmləri doktoru dissertasiyasımız çərçivəsində ölkəmizdə real iqtisadiyyat üçün, real sektoru üçün ən vacib hesab edilən məsələyə – brendinq mövzusuna toxunmaq istəyirəm. Bilirsiniz ki, brendinq sahəsi bugünə qədər Azərbaycan iqtisadiyyatında heç bir şəkildə elmi və ya praktik cəhətdən araşdırılmayıb. Biz konkret dissertasiya mövzumuz çərçivəsində ölkəmiz üçün tam yeni bir sahəni araşdırmağa özümüzə hədəf qoymuşuq. Elmlər Doktoru olmağımla mən… Azərbaycanda brendinq sözünün “hörmətini” qaldırmaq istəyirəm. Bizim üçün vacibdir ki, ölkə iqtisadiyyatı inkişaf etsin, məhz buna görə biz Azərbaycanda brend qurmaq üçün nə lazımdır suallına cavab verməyə çalışaceyik.

İkincisi mən çox istəyirəm ki, ölkəmizin biznes istiqamətli Ali Məktəblərində brendinq bir dərs, bir dissiplina olaraq tədris edilsin. Bunun yeganə yolu bu sahədə doktorluq dissetasiya müdafiyə etməklə, konkret sahənin inkişafı üçün tövhə verməkdir. Biz brendinq istiqamətində ana dilimizdə ilk və yeganə kitabın müəllifi olaraq, brendinq anlayışını akademik səviyyədə yüksəyə qaldırmaq üçün maksimum çalışmalıyıq. Təkrar edirəm, bunu mən etməsəm kim edəcək!? Axı heç kim, brendinqlə ölkəmizdə istər praktik, istərsədə nəzəri cəhətdən məşğul olmur.

Üçüncüsü Sizə səmimi deyim, mən xasiyyətçə maksimalistəm. Ola bilər bu məni valideynlərimdən (atamdan) keçib, ola bilər bunu mənə vaxtında şahmat yarışları aşılayıb, olada bilər sadəcə biznesdə məhşur olan qaydanı yadda saxlamışam. Qayda budur: “Əgər sən irəli getmirsənsə, deməli 100% geriləyirsən. Biznesdə statik vəziyyət olmur!” Hesab edirəm ki, bu maksimalistik özünü elm fəaliyyətindədə göstərir – mən yalnız PhD olmaqla kifayətlənə bilmirəm. Əgər bunun arxası varsa, bunu mütləq edəcəm, etməliyəm.

   Sizə maraqlı əhvalat danışım – gülün!) Deməli bugün müsabiqənin nəticələrini bildikdən sonra evə zəng etdim və həyat yoldaşım telefonda mənə “Təbrik edirəm!” dedi. Təbii ki, bu sözü qızımda eşitdi və telefonu əlinə alıb, məndən soruşdu: “Папа у тебя сегодня день рождение? Mən deyirəm: “Yox ay qızım…”. Qızım deyir: “А почему мама тебя поздравляет?”. Mən: “Qızım, я сдам докторскую”. Qızım: “аАаАа – ты будешь доктором?!” bundan sonra dialoq qızımın məktəbdən bugün aldığı qiymətlərdən oldu (bugün düz 5 dənə, 5 almışdı!) sonra…

*Rus dilində dialoq təbii ki, xarici dili öyrənmək üçündür.

Elmlər doktoru proqramı mənim biznesə ayıracağım vaxtı alsada düşünürəm ki, ümumi fəaliyyətim üçün sinerji effekti verəcək. Elmləri doktoru olmağım üçün əldə edəcəyim bilikləri öz biznesimdə istifadə edəcəm. Sinerji alacam. Sinerji demişkən – bizim butün işlərəmizdə (bəlkədə bu təsadüf olub) bir sinerji, əlaqə var. Diqqət edin:

  • Elmləri namizədi dissertasiya mövzumun adı – “Emal sənayə müəssisələrinin marketinq strateqiyası əsasında inkişafı məsələləri (mebel şirkətlərinin timsalında)”. Bu dissertasiyanı yazanda mən postsovet məkanının ən böyük mebel şirkətinin marketinq direktoru edim. Hər halda özünüzdə başa düşdüz bu nə deməkdir, dissertasiyada yazdığımı işdə, işdə etdiyimi dissetasiyada tətbig edirdim. Elə buna görə cəmi 2 ilə dissertasiya edə bildim, elə buna görədə cəmi 2 ilə şirkətin əsas brendini rebrendinq etdik və ikinci böyük brend yarara bildik (Madeyra) ?!
  • Yazdığım dissertasiyaya, əldə etdiyim praktikaya və doğulduğum yerə uyğun olaraq biznesə başladım. Yevlaxda (daha sonra digər bölgələrdə) mebel salonlarımız oldu. “Yumşaq desək” bizim sahəmizdir. Razılaşın ki, reqionlarda heç kim bu işi bizim kimi apara bilməzdi. Yadıma gəlir, biz mebel salonu açanda, çoxlu rəqiblərimiz var edi. (VAR EDİ – “edi” sözünə diqqət)
  • Almaniyada təhsil, Mebel sənayesində təcrübədən doğan növbəti biznes – German Studio. Almaniyadan mətbəx mebeli ixrac edən o vaxt yeganə şirkət (bugün sağ olsunlar, bizi tək qoymurlar!)). Bu biznesdə sırf sinerji elementləri var, düzdür?
  • Ana dilimizdə İLK praktik marketinq proqramı – Marketinq AİR-də Brendinq istiqamətinin tədrisi, bu sahədə yazılan kitab və əlbəttə ki, bu sahədə İLK Elmlər doktoru dissertasiyası. Sizcə hər şey təbii deyil?

Hesab edirəm ki, Elmləri doktoru olmağım üçün xərcləyəcəyim

Əziz oxucu, çox istəyirəm ki, ölkəmizdə brendinq istiqaməti istər real sektorda, istərsədə akademik karyera cəhətdən inkişaf etsin. Bunun mən – İlkin Manafov əlimdən gələni edəcəm. Çox istəyirəm ki, brendinq Azərbaycanımızın iqtisadiyyatı üçün bir işıq rolunu oynasın. Baxın… hər birimiz nesə etsək, bəlkə heeeç böhranda bizim üçün təhlükə olmaz, hə?!

… “əşi Azərbaycanda doktorluq nədir”, “əşiii Azərbaycanda elmlə məşğul olmağa dəyməz”, “əşiii, ondansa filan şey edərdim…” tipli sözlər deyənləri isə cavabımız belədir: Neqativ olmayın və vətəniniz üçün nələrisə etməyə çalışın!

Biz daha əvvəllər dediyimiz PhD təcrübə olmadan boş şeydir, tezisini bir daha xatırladırıq. Marketinqdə akademik karyera qurmaq üçündə mütləq və mütləq təcrübə olmalıdır. Mən, gənc yaşlarından Sədərək, Binə, 8km bazarı… kimi yerlərə getməyən, “alver” sözündən qorxan və marketinqdə akademik karyera etmək istəyən dostlarımıza səslənirəm: “Əzizlərim, iş görün və yalnız bundan sonra akademik karyera və s. barədə düşünün. Qətiyyən əksinə yox.”

* Hər nə olsada, yazımızda buraxılan səhvləri hələdə düzəldə bilmirik. İnanıram ki, bu Sizi yormur!

** Birdə inanıram ki, bu doktorluq 8-8-8 prinsipini pozmaz!

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com/