Niyə Anar Bayramovun kitabını mütləq oxumaq lazımdır

Niyə Anar Bayramovun kitabını mütləq oxumaq lazımdır
1224

Vaxt var idi… ana dilimizdə kitab yox idi. Vaxt var edi… deyirdik ki, kitab olsaydı oxuyardıq. Vaxt var edi… hamımız ana dilimizdə kitabların azlığından danışırdıq… düzdü indi də danışırıq, AMMA Anar Bayramov kimi dostlarımız yalnız danışmır… həm də öz hərəkətləri ilə bu qıtlığı azaldır. Beləliklə, cəmi bir həftə sonra ana dilimizdə olan super bir kitab “Biznes nə istəyir?” kitabı, Anar Bayramov tərəfindən təqdim edilir. Kitabın hazırlanması prosesində uzaqdan-uzağa da olsa iştirak edən biri kimi, istəyirəm, bəzi sirləri Sizinlə bölüşüm. Niyə Anarın kitabını mütləq oxumaq lazımdır?

Bu sualla keçməzdən əvvəl Sizə səmimi şəkildə deyim bu kitab, bizim kitab adı ilə bazara təqdim etdiyimiz “360 dərəcədə brendinq” cızma-qarasından çox yaxşıdır. Bilirsiz niyə?

  • Birincisi ona görə bu kitab 360 dərəcədə brendinqlə müqayisədə, daha səliqəli formada tərtib edilib. Bu kitabın hazırlanmasında Anar müəllim digər işlərində olduğu kimi, konseptual yanaşıb, məsələn kitabın dizaynı xüsusi şirkət (Brand Up şirkəti) tərəfindən hazırlanıb. Bu ana dilimizdə bir yenilikdir. İlkinin cızma-qarasında belə şey yox edi.
  • İkincisi əgər İlkin Manafov 360 dərəcədə brendinq kitabında yerli şirkətləri müxtəlif fəsillərdə təqdim edirsə, Anar müəllim bunu daha sistematik edib. Məsələn, kitab ilk səhfələrindən təhlil edin şirkətlərin #haştaqları ilə bəzədilmişdir. Paralel olaraq kitabda hər bir fəsil aktiv şəkildə sosial şəbəkələrdə müzakirələr üçün imkanlar yaradılır. Bir söz kitab tam dialoq konsepsiyasında hazırlanmışdır. Bir növ oxucu yalnız, oxumur, həmdə müzakirələrdə iştirak edə bilir.
  • Üçüncüsü bu kitab İlkin Manafovun cızma-qarasından kontenti ilə fərqlənir. Anar yazdığı kesylərin böyük əksəriyyətini sırf idarəetmə məntiqinin üzərində qurub. Əgər 360 dərəcədə brenidinq, öz işini daha çox milli keyslərin üzərində qurubsa, Anar Bayramov “Biznes nə istəyir?” kitabında yalnız yerli deyil, həmdə xarici keysləri təhlil edir. Bu əladır.

İndi keçək daha konseptual sualla – niyə Anar Bayramovun – Bines nə istəyir? kitabını mütləq oxumaq lazımdır? Mən başlayım sadalamağa:

  • Anar Bayramov ölkəmizdə “0” karyera qura bilmiş və yalnız yüksəlməklə inkişaf edən tək-tük menecerlərdəndir. Bu çox vacibdir. Bir var kitabı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü və s. yazır… bir də var kitabı, biznesin içindən çıxmış və biznesin içində olan biri – Anar Bayramov kimi biri yazır. Belə kitabları oxumaq yox… yemək lazımdır!
  • Kitabda yazılanların 90% müəllif tərəfindən yaşanmış, 10% isə digər bizneslər tərəfindən baş vermiş real hadisələrdir. Yazılanlar bir başa olaraq sistemli xarakter daşıyır, adam reallıqdan yazır. Biznesdə nəzəriyyə kimlərinsə yaşadığı praktikadır. Başqa sözlə desək, Anar kitabda nəzəriyyə yaradır, öz praktik yanaşmaları ilə.
  • Kitabda olan kontent Anar müəllim tərəfindən demək olar ki, heç harda yayılmayıb. Yalnız kitabın bəzi epizodları bloq vasitəsi ilə yazılıb, bu əslində kitabı daha çox unikal edir. Düşünürəm ki, unikal və maraqlı kontent kitabın ən güclü silahıdır.
  • Anar müəllim özün kitabda: “bu kitabın oxumanın 4 səbəbini” yazıb. Orda olanlarda tam həqiqətdir məncə!))

Əziz dostlar, Sizə söz verirəm “Biznes nə istəyir” kitabı ana dilimiz də ən çox satılan biznes ədəbiyyatların başında duracaq və əminəm ki, bestseller olacaqdır. Birdə Sizə bir söz deyim kitabın super konsepsiyası Anar Bayramova keçmiş AİRçi dostumuz Tamerlan bəydir. Marketinq AİR dediz, yadıma düşdü, artıq 7-ci dəfə Marketinq AİR təqdim edirik. Qeydiyyat başlayıb.

Tez çıxsın, tez alaq oxuyaq, hə?!

P.S. Birdə hiss edirəm ki, son vaxtlar ana dilimizdə biznes haqqında kitabların çoxalması bəzi mənasız və ancaq “ingiliscə” bilənlərinin vəziyyətini pisləşdirir. Artıq onlar hiss edirlər ki, bildiklərindən artıq məlumatları kitablardan əldə etmək mümkündür.

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com