Nəyə görə həkimlər yavaş-yavaş yeməyi məsləhət görür

Alimlər iddia edir ki, yeməyi kiçik porsiyalarla və asta templə yemək daha faydalıdır. Bu halda insan artıq çəkiylə mübarizə aparır, təzyiqini normaya salır və artritin inkişafetmə riskindən özünü qoruyur. Yavaş yeməyin hansı üstünlükləri var? Həkimlər iddia edir ki, yavaş yemək iştahanı azaldır, çox yeməyin qarşısını alır.

Məsələ burasındadır ki, insanlar çox zaman aclıq hissini qeyri-adekvat qəbul etdiklərinə görə çox yeyirlər. Toxluq hissi yemək qəbulundan dərhal sonra özünü biruzə vermir, bir qədər gözləmək gərəkdir. Bununla belə, biz əminliklə ac olduğumuzu düşünürük, buna görə də yeməyə davam edirik. Bu cür yemək qəbulundan sonra insanın qarnı ağrıyır və artıq çəki yaranır. Qidanı yavaş qəbul etmək sizə hələ yemək zamanı toxluq hissini duymaq imkanı verir. Porsiyalarınız azalır, siz doyduğunuzu hiss edirsiniz.

Belə insanlar artıq çəki toplamır, pəhriz saxlamır, depresiyadan əziyyət çəkmirlər. Bundan başqa alimlərin apardığı tədqiqat nəticəsində məlum olub ki, yeməyi həzz alaraq yeyən şəxslər nadir hallarda ürək xəstəliklərindən əziyyət çəkir. Yeməyi kiçik porsiyalarla, yavaş, çeynəyərək yemək xəstəlik və stresdən qoruyur. Yemək, tüpürcək vəzinin təsiriylə hələ ağız boşluğunda ikən “həzm olununmağa” başlayır. Buna görə də yeməyi nə qədər gec bitirsəniz, həzm prosesi də bir o qədər yaxşı olar.

Bununla yanaşı, siz yeməyin dadını daha yaxşı hiss edə bilir və yeməkdən ləzzət alırsınız. Alimlər fikrinə görə, yeməyi yavaş yeyən insanlar adətən sağlam həyat tərzini təcrübə edir. Yeməyi tələsik yemək həvəskarları yediklərinə diqqət etmətdən, çox zaman fast food-la qidalanır.
Bu fakt tədqiqatlar zamanı sübuta yetirilmişdir. Yapon alimləri təsdiq edib ki, yavaş yemək qəbulu ürək və şəkərli diabet xəstəliklərinin qarşısını alır. Qidanı tələsik yeyib bitirmə yüksək təzyiq, mədə qıcqırması, piylənmə və xolestirin səviyyəsinin yüksəlməsi kimi mənfi hallara səbəb olur.