Nəyə görə daim pula ehtiyacımız var?

Nəyə görə daim pullara ehtiyacımız var və onlar bizə azlıq təşkil edir? Ona görə ki, insan daim digər ideyalarla əvəzlənərək təkmilləşən ideyadan ibarətdir. İnsan ilk olaraq ilkin səviyyədə bir ideya yaradır, daha sonradan bu ideyadan nisbətən iri həcmdə olan ikinci bir ideya formalaşır. Növbəti olaraq üçüncü ideya ikinci ideyanı geridə qoyaraq peyda olur. Bu ideyaların sayı sonsuz həddədir və insanlar bir-birindən geridə qoyduqları ideya sayına görə fərqlənirlər. Bəziləri 100, bəziləri 200, bəziləri isə 1000 mərhələni geridə qoyurlar.

Bir mərhələni keçmək üçün isə məhsul lazımdır. Çünki məhsul ideyanı reallaşdırmaq üçün alətdir. Onsuz ideyanı reallaşdırmaq mümkün deyil. Məhsul əldə etmək üçün isə insana pul lazımdır. Buna uyğun olaraq, insanın pulu nə qədər çox olarsa daha çox ideya inkişaf etdirir. Lakin ona zamanla daha çox pul tələb olunur, çünki o yeni mərhələyə qədəm qoyur.

Bəs bu ideyaları reallaşdırmaq üçün pulu haradan tapmaq lazımdı? Məsələ ondadır ki, pullar insanın özü ilə əlaqəlidir. İnsanın ideyası – elə onun üçün pul mənbəyidir. Sadəcə bu pulları reallaşdırmağı bacarmaq lazımdır. Nağdlaşdırma prosesi isə sadədir. Etmək lazım olan ilk şey – ideyanızı translyasiya etməkdir. Bu zaman əsas olan öz dəyərinizi insanlara nümayiş etdirmək, onlara necə faydalı olacağınızı göstərmək lazımdır. Öz ideyanızı translyasiya etdikdə digər insanlar sizinlə əməkdaşlıq etməyə və bu əməkdaşlığa görə sizə pul ödəməyə hazır olurlar. Beləliklə, hər bir insanın ideyası nağdlaşaraq onun üçün real pula çevrilir. Müəyyən mənada zənginlik – bu sadəcə keyfiyyətli şəxsiyyət marketinqidir.

Mənbə: http://banker.az