Nədir Layihə?

Bu yazıda layihə haqqında yazmağa qərar verdim. Düşünürəm ki bu yazı bir çox insana layihələr haqqında açıqlama verəcək və yardımçı olacaqdır. Bəs nədir layihə? Hər kəsin mənimdə var dediyi layihələr hansılardır? Niyə görə Azərbaycanda layihə adı ilə başlayan cavan və motivasiyası yüksək gənclər və qruplar işi sonlandıra bilmirlər?

Düşünürəmki Azərbaycanda layihələrin çox hissəsinin uğursuz olma səbəbləri dövlətin gənc nəsilə dəstək olmaması, universitetlərdə lazımı qədər seminarların keçirilməməsi, biznes müəssisələrinin gənc kadrlar yaratmaq üçün heç bir cəhd göstərməməsi, valideynlərin laqeydsizliyi, gənclərdə motivasiya azlığı və yenilikçi maraqların azlığı, gördükləri layihələrdədə dezgün mövqe tutduqlarını iddia etmələridir. İndi keçək layihə nədir və əslində nədən ibarətdir.

Ümumi olaraq layihə qabaqcadan planlanmış büdcə və zaman çərçivəsində hər hansısa hədəfə çatmaq üçün görülən işlərin bütünüdür. Ama fərdi hər sahə üçün layihənin anlayışıda fərqlidir. Fərqli tipli layihələr vardır. Bunlar

  • Bir iş sisteminin idarə edilməsinin layihəsi.
  • Bir məhsulun yaradılması layihəsi.
  • Bir iş yerinin layihəsi.
  • Şirkət (iş yeri) içərisində yeni bir bölmənin layihəsi.

Layihənin özünəməxsus xüsusiyyətləri var

  • Hər layihə müəyyən vaxt və büdcə çərçivəsində olur və qabaqcıl texnologiyaan istifadə olunur.
  • Layihələr hədəfə çatana qədər və bir dəfədən ibarət olur.
  • Hər layihə insan,pul və məlumat üçlüyündən ibarətdir.
  • Hər layihə sistemli təşkilatlanma tələb edir.

Layihələrin İdarə Edilməsi

Həqiqətəndə şirkətlərin, iş yerlərinin müvəffəq olmalarında layihələrin düzgün şəkildə idarə olunmasının böyük rolu olduğu sübut olunmuşdur. Umumiyyətlə layihələrin düzgün şəkildə idarəsinin müəssisəyə çox xeyri varki bunlar aşağıdakilardır.

  • Daha effektiv inkişaf,
  • Sərmayənin daha düzgün istifadəsi və daha düzgün idarəsi,
  • Aşağı maya dəyəri ama yuxarı qazanc,
  • Yüksək keyfiyyət və inam,
  • Daha yaxşı sistemləşmə,
  • Meştərilərə daha yaxşı xidmət.

Layihənin idarə olunması bəzi mövzuları tərkibində birləşdirir. Bu bir növ layihənin mərhələləridir. Bunlar:

  • İşlərin planlanması,
  • Təşkilatlanma,
  • İdarə etmə,
  • İşlərin yoxlanması.

Bir növ biznesin idarəsinə oxşarlığı var ama daha kiçik tipli və özünə məxsusluğu ilə seçilir.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com