Muzeylərlə bir gün və dəyərləndirmə

Adətən Avropa ölkələrinə səfər edərkən bizə muzeylərqədim tarixi yerlərə getmək kifayət qədər maraqlı gəlir. Onların adət ənənələri, keçmişi, məşhur şəxsləri və s.şeylər haqda məlumatları ən rahat üsul bu kimi özündə tarix daşıyan yerləri gəzməklə əldə edə bilirik. Bu günlərdə isə Bakıda Sentyabrın 25-dən 27-dək Azərbaycanda Ümumdünya Turizm və “İrs günləri”nə həsr edilmiş tədbirlərlə bağlı muzeylərdə falan açıq qapı günləri keçirilirdi. Biz də dostlarla vaxt ayırıb bunlardan imkan daxilində bir neçəsini gəzməyə çalışdıq. İndi isə sizə biraz orada gördüyüm xidmət və digər nüanslardan danışacam.

İlk öncə günə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu daxilində yerləşən “Şirvanşahlar Saray Kompleksi” ilə başladıq. İçəri girişdə kassa bölməsində olan xanım bizi gözəl bir təbəssümlə qarşıladı və içəri keçə biləcəyimi qeyd etdi. Daha sonra bizlər içəridəki gəzintimiz başladıq. Təbii ki başladıq içəridə fotolar çəkməyə. Yalnız bir otaqda (satış üçün olan) bizə foto çəkilişə icazə olmadığını qeyd etdilər. Digər hissələrdə isə belə bir qadağa ilə rastlaşmadıq demək olar. Bəzən məlumat verən işçilərin sərt baxışları, sərt cavabları olsa da bu o qədər də çoxluq təşkil etmədi.

Eyni zamanda qoruğun daxilində fotostudiya da fəaliyyət göstərir ki, əgər milli geyimlə xatirə fotosu çəkdirmək istəsəniz orada rahatlıqla ödənişini edib bundan yararlana bilərsiniz. Ancaq diqqətimizi çəkən ən böyük mənfi məqam verilən məlumatların ingiliscə tərcümələri sanki çox qeyri profisional şəkildə edilmişdi. Bəzən eksponatı anlata bilməyən bəsit sözlər istifadə edilmişdi. Ümumilikdə buranı olan 10 ballıq (işçilərin xidməti 2 bal; işçilərin məlumatlılığı 2bal; muzeyin şəraiti 2bal; eksponatlar, onların tarixi, işıqlılandırılması və dizaynyerləşməsıralama hərəsi 1 baldan 4 bal) sistemlə 6 bal (xidmət 1bal, məlumatlılıq 2bal, şərait 2bal, eksponatlar 1bal) olaraq qiymətləndirərdim.

Yolumuzu elə yaxınlıqda yerləşən “Miniatür Kitab Muzeyi”–ndən saldıq. Burada bizi qarşılayan orta yaşlı xanım bizi çox gözəl qarşıladı. Muzey haqqında və daxilində olan kitablar barədə kifayət qədər məlumatlı olduğu hiss olunurdu. Hətta həmin xanım ilə milli mətbəximizə aid satışda olan kitabdan başlayan gözəl söhbətimiz də oldu. İçəridə rahatlıqla bir neçə foto da çəkdirə bildik. Sonda xatirə dəftərinə qeydlərimizi edərək çıxdıq. Xatirə dəftərinə nəzər salanda xeyli xarici millət nümayəndələrinin qeydlərini görməmək mümkün deyildi. Buranı qiymətləndirilməsini həmin sistemlə 8 bal (xidmət 2bal, məlumatlılıq 2bal, şərait 1bal, eksponatlar 3bal) olaraq dəyərləndirərdim.

Gəzintimizin davamı “Azərbaycan Milli İncəsənət Muzeyi“-ndə oldu. Burada da eynən içəri daxil olanda bizi qarşılayan mühafizəçi və qarderobçu xala bizi gözəl qarşılayıb istiqamətləndirdilər. Ancaq digər hissələrdəki nəzarətçi xanımlardan o qədər də isti və gülərüz münasibəti görə bilmədik. Sanki sərt reaksiylarla heçnə sormayın çıxın gedin demək istəyirdilər. Düzü əvvəllər 2 dəfə burda olsam da yenidən bir neçə hissəsi əlavə istifadəyə verildiyini öyrəndik.

İçəridə demək olar ki, foto çəkilməsinə icazə verilmirdi bütünlükdə. İçəridə 2ci mərtəbədə Azərbaycandan daha çox digər avropa ölkələrindən əsərləri görə bildik. 3cü mərtəbədə isə Azərbayacana aid əsərlərin üstünlüyü vardı. Köhnə əsgər geyimləri və əşyalardan ibarət eksponatlar gözəl görünürdü. Sonuncu mərtəbədə isə ən müasir incəsənət əsərləri ilə tanış ola bildik. Burdada eynilə tərcümələrdə kifayət qədər bəsit və yanlış tərcümələrin olduğunu gördük. Buranı qiymətləndirilməsini eyni sistemlə 6 bal (xidmət 1bal, məlumatlılıq 1bal, şərait 2bal, eksponatlar 2bal) olaraq dəyərləndirərdim.

Sonda isə dəniz kənarında yerləşən “Azərbaycan Xalça Muzeyi”–ndə olduq. Burada içəri giriş daha nəzarətdə idi. Yoxlanışdan keçib içəri daxil olanda əlinizdə çantanı və s yükü qoya biləcəyiniz təxmini 200yerlik şkaf vardı. Ümumilikdə içəridə texnolgiya və dizayn işləri çox gözəl idi. 2 ci mərtəbəsində böyük sensorlu ekran sizə istədiyiniz regionun xalça formatları, işləmələri və digər nüansları haqda detallı informasiya verir. Burada foto çəkməklə bağlı heç bir maneəyə rastlamadıq.

Satış şöbəsində və məlumat mərkəzində olan xanımlar sizi təbəssümlə qarşılayyıb yola sala bilərdilər. Hətta telefonlarımızdan birinin enerjisini yenidən şarj etməyə belə şərait yaratdılar. Daha sonra qoyulan kofe aparatı ilə də istədiyiniz birini seçim edib ala bilərsinz. Hətta işlədiyini yoxlamaq üçün sınadım tam işlək vəziyyətdə idi. Əlavə olaraq da su aparatı da mövcud idi burada. Buranın dəyərləndirsəm həmin sistemlə 9 bal (xidmət 2bal, məlumatlılıq 2bal, şərait 2bal, eksponatlar 3bal) olaraq qiymətləndirərdim.

Ümumi dəyərləndirmədə xidmət sahəsində keyfiyyət o qədər də ürək açan deyil nədənsə bizim muzeylərdə. Təbəssüm eləməyi çətin görən işçilərə görə bəlkə də həmin muzeylər nə qədər potensial müştərir itirir. Məsələn mən İncəsənət muzeyində heç bir nəzarətçi xanımın köməyində istifadə etmərəm sırf bu kimi nüanslara görə.

Digər bir önəmli nüans isə detallı olaraq yanaşdığım foto məsələsidir ki, bunu ya ödənişli olaraq etsinlər (Şəki Xan sarayı və s. kimi) ya da ümumiyyətlə böyük lövhələrdə qadağan olduğun göstərsinlər. Bəzən foto çəkmək olmaz deyilirdi (rəhbərlik olmaz deyir əsası ilə) ama insanlar gizlin də varsa çəkirdilər qaydalara uymayaraq. Ancaq foto çəkilməsi reklam olaraq çox gözəl təbliğat formasıdır, nədən belə edirlər əsaslandırmaları gözəl olardı.

Burdan bizim bütün dostlara muzeylərimizi və digər tarixi əhəmiyyətli yerlərimiz gəzin deyə bir çağırış etmək istərdim. Əgər tələbəsinizsə kifayət qədər açıq qapı günləri olur, bunlardan birini dostlarınızla dəyərləndirə bilərsiniz. Əminəm ki, gözəl anlarla yaddaşınızda qalacaq.

 Müəllif: İsmayılov Azər

Mənbə: https://azaroos.wordpress.com