İnsanların müalicəsində müalicəvi bədən tərbiyəsinin rolu böyükdür. Fiziki məşğələlər bir çox xəstəliklərin müalicəsinə müsbət təsir edir. Nadir xəstəliklər var ki, fiziki məşğələlər bu zaman insana ziyan verə bilər.
Tibbi təcrübədə insanların vaxtında müalicəvi bədən tərbiyəsi ilə məşğul olaraq sağaldığını sübut edən bir sıra faktlar var (nevrasteniya, hipertoniya xəstəliyinin ilkin mərhələsində, qəbizlik, bronxial astma, nevralgiya, oynaqların artriti zamanı oynaqların zədələnməsi, poliartrit, artroz, onurğa sütununun zədələnməsi – skalioz və s. zamanı). Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər müntəzəm olaraq məşq edərək orqanizmlərini möhkəmləndirəcək və bu zaman rejimə riayət etsələr, yaşlanana qədər xəstəliyin əlamətlərini hiss etməyə və əmək qabiliyyətini itirməyə bilərlər.
Sağalma mərhələsində bir çox xəstəliklər zamanı fiziki məşğələlərin tətbiqi əmək qabiliyyətinin bərpa olunmasını tezləşdirir. Xroniki xəstəliklərdən əziyyət çəkən xəstələrin çoxu uzun müddət müalicəvi bədən tərbiyəsinin tətbiqinə ehtiyac duyurlar. Müalicəvi Bədən Tərbiyəsi (MBT) müstəqil müalicə üsulu kimi, eləcə də digər müalicə üsulları ilə birgə tətbiq olunur.
MBT orqanizmin təbii funksiyaları olan hərəkətlərin tətbiqinə əsaslanır, müalicə prosesi xəstəni özünə tam cəlb edir, sağalmağa ruhlandırır, fiziki məşğələlər yalnız müəyyən sahəyə deyil, ümumilikdə orqanizmə təsir edərək orqanizmin müqavimətini gücləndirir.
Fiziki məşğələlərin əsas hədəfi əzələ sisteminin gücləndirilməsi, bütün daxili orqanların fəaliyyətinin yaxşılaşdırılması, bütün orqanlarınbaşında duran və bütün funksiyaların requlyasiyasını həyata keçirən əsəb sisteminin yuxarı hissələrinin məşqi yolu ilə orqanizmin bütünlükdə funksional vəziyyətinin qaldırılmasıdır. Dərindən öyrənilmiş fiziki məşğələlər xəstəliyin müxtəlif formaları və mərhələləri zamanı xəstəliyin gedişatına və xəstənin individual xüsusiyyətlərinə uyğun olaraq fiziki yüklənməni dozalara bölməyə imkan verir.
Xəstənin orqanizminə MTB-nin təsiri
İstənilən xəstəlik zamanı insanın hərəkətliliyi azalır ki, bu da beyin qabığının fəallığının və qazanılan şərti refleksların azalmasına gətirib çıxarır. Fiziki məşğələlər zamanı əzələ, vətər, bağ, dəri, göz, qulaqlar, müvazinəti saxlamağa xidmət edən orqanlar, eləcə də ürək, damar, ağ ciyər və hərəkət aktını təmin edən başqa orqanlardan beyin qabığına çoxlu siqnal gəlir. Bu yolla beyin qabığında və beynin başqa hissələrində patoloji refleksların sıxışdırılmasına, həyat üçün vacib olan yeni refleksləri yaradan və ya sönən reflekslərin bərpasına xidmət edən yeni oyanma ocaqları yaranır.
Uzun müddət və sistemli şəkildə aparılan fiziki məşğələlərin təsiri altında və yüklənmənin ardıcıl çoxaldılmasına ciddi riayət edilməsilə orqanizmdə xoş biokimyəvi oyanmalar baş verir. Fiziki məşğələlərin xəstəlik barədə sarsıdıcı fikirlərdən yayınmağa xidmət edən müsbət təsirini, xəstədə fəallığı artırdığını, tezliklə sağalacağına ruhlandırdığını qeyd etmək olar. Əzələ hərəkəti Mərkəzi Sinir Sisteminə təsir edərək beyin qabığının oyanmasına müsbət təsir göstərir.
MBT üsulları və vasitələri
MBT bədən tərbiyəsi arsenalına daxil olan bütün mümkün forma və üsulları istifadə edir və bunu konkret müalicəvi tapşırığın həlli üçün istifadə edir. Bura gimnastika hərəkətləri, idman məşğələləri, nəfəs məşğələləri, əzələlərin boşalmasına xidmət edən məşğələlər, gəzmək və su prosedurları (üzgüçülük, su gimnastikası – akva aerobika) daxildir.
MBT-nin qadınlar üçün özəllikləri
Qadın orqanizminin bir sıra özəllikləri var: daha zəif sümük-əzələ sistemi, ağırlıq mərkəzinin daha aşağıda yerləşməsi, ürək-damar sisteminin gücünün və dözümlülüyünün daha az olması, əsəb sisteminin yüksək oyanıqlığı. Bütün bunlar qadınlar üçün nəzərdə tutulan MBT-nə xüsusi yanaşma tələb edir. Qadınların həkətlərinin xarakteri də kişilərə nisbətən daha çox rəvanlığı, yumruluğu, plastik olması ilə fərqlənir ki, bunu MTB zamanı nəzərə almaq lazımdır. Həyatının bütün mərhələlərində qadınlar kobud və qəfildən olan, çox gərginlik tələb edən hərəkətlər etməməlidirlər. Uşağa qalmaq istəyən qadınlar isə bu məşqlərdən əvvəl həkimginekoloq ilə məsləhətləşməlidirlər. Bu səbəbdən də MTB ilə müalicəyə başlamazdan əvvəl ilk növbədə xəstəliyin tipini, orqanizmin bu xəstəliyə qarşı necə müqavimət göstərməsini və qadının yaşını nəzərə almaq lazımdır.
Mənbə: http://kayzen.az