''Möhtəşəm Qetsbi''nin yazıldığı ev satılır

''Möhtəşəm Qetsbi''nin yazıldığı ev satılır
576

Nyu-Yorkda yazıçı Frensis Skott Fitzceraldın 20-ci illərin əvvəlində yaşadığı ev satışa çıxarılıb. Satışın qiyməti 3 milyon 888 min 888 dollar təşkil edir.

Malikanə 1918-ci ildə Aralıq dənizi stilində tikilib. Burada 7 yataq otağı var və məkanın ərazisi - 460 kvadrat metrdən çoxdur. Yazıçı və onun həyat yoldaşı Zelda bu evə 1922-24-cü illərdə yaşayıb. Burada o ən məşhur əsəri olan "Möhtəşəm Qetsbi" romanını yazmağa başlayıb. Araşdırmaçılar hesab edir ki, məhz yazıçının öz varlı qonşuları ilə ünsiyyəti onu əsəri yazmağa ilhamlandırıb.

Ev hazırda onu 2008-ci ildə 4,2 milyon dollara əldə edən Larri Qorna məxsusdur.

Mənbə: http://www.buro247.az