Mobil operatorlar Birinci Avropa Oyunlarına hazırdırmı?

Səs mübadiləsi üzrə əldə olunan məlumatlar beynəlxalq səviyyə ilə müqayisə edilib və müəyyən edilib ki, operatorların bu imkanları orta hesabla 98%, şəbəkənin etibarlılığı isə 96% təmin olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, bu barədə "Global Wireless Solutions" şirkətinin hesabatında deyilir.

Bakı şəhərində, eləcə də Mingəçevir şəhərində şəbəkəyə çıxış imkanı və şəbəkənin etibarlılığı məqbul səviyyədədir. Test işləri zamanı sinxron səs, məlumatların yüklənməsi, şəbəkənin gücü üzrə də yoxlamalar aparılmış və nəticə operatorlar üzrə müqayisə edilib. Bununla belə, "Azercell", "Bakcell" və "Nar" mobil operatorlarının fəaliyyətində bir sıra çatışmazlıqların olduğu da müəyyənləşdirilib. Belə ki, "Gəzinti testi" (Walk Test), "Nəqliyyat testi" (İn-Vehicle) və "Qapalı məkan testi" (İnBuildinq Test) zamanı şəbəkədəki mövcud səs, məlumat ötürmə, danışıqlardakı kəsintilər, zənglərin çağrı müddətləri, əhatə dairəsi, keyfiyyət göstəriciləri və s. üzrə bir sıra çatışmazlıqlar qeydə alınıb.

Mənbə: http://www.buro247.az