Minimal Marketinq - Marketinq Fəlsəfəsi

Biznes müəssisələrində hər zaman həyata keçirmək üçün hədəflər olmalıdır. uzun zamanda böyük hədəflər və o hədəflərə çatmaq üçün qısa zamanda kiçik hədəflər. Müəssisələrin bir neçə əsas hədəfləri olurki bunlar:

  • Davamlılıq və daima tələbin olması,
  • Böyümə,
  • Qazancdır.

Bu hədəflərə çatmaq üçün müəssisə tərəfindən müxtəlif strategiyalar, planlar və siyasi addımlar atılır. Birdə Kotler qeyd edirki yuxarıda saydığı hədəflərə çatmaq üçün müəssisələr bəzi marketinq fəlsəfələrindən(metodlarından) istifadə edirlər.Yəni strategiya, plan, hədəflərdən əvvəl ilk öncə özlərinə marketinq fəlsəfəsi seçirlər ki, bu marketinq anlayışları:

  • Minimal Marketinq,
  • Hard-Sell Marketinq,
  • Professional Marketinqdir.

Minimal Marketinq

Bəzi müəssisələr mümkün qədər marketinq fəaliyyətlərini minimum ölçüdə tutmağa çalışırlar. Bu müəssisələrə əsas misal kimi professional xidmət göstərən müəssisələri göstərmək olar. Yəni bu fəlsəfə mal sektorunda olan müəssisələr deyil də əsasən xidmət sektorunda olan müəssisələrin üstünlük verdiyi marketinq fəlsəfədir. Hətta xidmət sektorundada çox kiçik bir qisim bu metod marketinqdən istifadə edir. Bu müəssisələr əsasən şəxsi və professioanl xidmət göstərdikləri üçün,onlara elə gəlirki marketing fəaliyyəti onların işləri üçün təhditdir. Əsasən hüquqşünas, həkim kimi xidmət professioanllarının bu fəlsəfəni üstün tutma səbəbləri, marketinq fəaliyyətinin onların gördükləri işin qüvvəsini azaltmaqda olduğunu düşünməkdədirlər.

Onlar düşünürlərki yüksək keyfiyyətli xidmət göstərdikləri təqdirdə müştərilər razı qalacaqlar və digər insanları həmin müəssisənin yaxud şəxsin xidmətindən istifadə etməyə yönləndirəcəklər. Belə olduğu təqdirdə isə marketinq fəaliyyətinə gərək görmürlər. Ümumiyyətlə Azərbaycanda bu fəlsəfə anlayışı çox geniş yayılmışdır. Hətta əmlak brokeri sahəsində də bu fəlsəfə özünü göstərməkdədir. Bu isə gülünc bir şeydir. Heç bir marketinq fəaliyyəti etmədən, müştəriləri oturub gözləmək düşünürəmki biznes müəssisələrinə çox rahat görsənməkdədir. Ama onlar minimal marketinq fəlsəfəsinin bəzi xüsusiyyətlərini bilməlidirlır. Bu xüsusiyyətlər:

  • Minimal marketinq fəlsəfəsindən istifadə edən müəssisə və yaxud şəxs göstərdikləri xidmətin keyfiyyətinin işlərinin davamlı olmasına kifayət etdiyini düşünürlər.
  • Bu fəlsəfədən istifadə edən müəssisələr marketinq fəaliyyətini minimum ölçüdə tutmaqdadır.
  • Minimal marketinq fəaliyyətini izləyən şirkət, müəssisə və yaxud fərdi fəaliyyət göstərən şəxslər, sektor paylarını yenilik edən rəqiblərinə uduza bilərlər.
  • Bu fəlsəfə, bu marketinq metodu müəssisələrin bazar fürsətlərini tuta bilməsində passiv rol oynamaqdadır.

Günümüzdə bir müştərinin bir mal yada məhsulu seçib alması üçün, o məhsul haqqında yaxşı şəkildə məlumatlı olmalıdır. Minimal marketinq fəlsəfəsi bəlkədə bəzi məqamlarda müəssisəyə xeyirli kimi görsənə bilər ama müasir bazar iqtisadiyyatını ələ aldığımızda heç də uğurlu bir metod kimi ələ alına bilinməz.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/