Microsoftun görünməz qəhrəmanı

‘Hər evə, hər masaya kompüter’ deyərək 1975-ci ildə onlara və şirkətlərinə qeyri-mümkün deyilə biləcək bir vizyon qazandırdılar. Kimdən mi bəhs edirəm? Microsoft deyildiyində ağla gələn ilk adlardan: Bill Gates və Paul Allen. 70-ci illərdə bu vizyon ilə yola çıxan ikilinin xəyalları 21-ci əsrə gəldiyimizdə ətə sümüyə büründü.

Bill Gates haqqında uzunca bir məqalə yazmaq isterdim amma siz onsuz da onun dünyanın ən zəngin adamı, Microsoftun qurucu ortağı və (köhnə) idarə heyəti başçısı olduğunu hətta daha çoxunu bilirsiniz. Tam bu nöqtədə Paul Allen haqqında bir neçə cümlə qaralamaq istədim. Nədəndir naməlum amma insanlığa qatqı da tapılmış lakin arxa planda qalmağı seçim edən şəxsiyyətlər hər kəs kimi mənimdə marağımı oyandırır.

Paul Allen Kimdir?

Bill Gates ilə birlikdə Microsoftun qurucu ortağıdır. 1953-ci ildə Seattledə doğulmuşdur. Tam adı, Paul Gardner Allendir. Forbes Jurnalının ‘2006 milyarderin Siyahısına 22,7 milyard dollarlıq sərvət ilə 6. sırada girmişdir. Sərvətinin əhəmiyyətli bir qisimi Microsoft hissələrindən gəlsə də 1983-ci ildə xərçəngə tutulunca rəhbərlikdən çəkilmişdir. Microsoft’daki vəzifəsini məsləhətçi olaraq davam etdirmiş, 1986-cı ildə isə investisiya və layihə rəhbərliyi üzərinə Vulcan şirkətini qurmuşdur.

Bill Gatesə görə adını daha az eşitmiş olsaq da Paul Allenin rəngli bir şəxsiyyəti olduğunu düşünürəm. Bunun düşünməmə səbəb olan o qədər çox şey var ki. Məsələn 2000-ci illərin başında vermiş olduğu bir parti üçün 10 milyon dollar xərcləmişdir. Düşünün tam 10 milyon dollar və yalnız bir parti. Çaşacaqsınız bəlkə amma eyni zamanda Paul Allen, ABŞ Amerikan Futbolu Liqasında Seattle Seahawks komandasının sahibi olmaqla bərabər, NBA-da də Portland Trail Blazers’ı əlində saxlamaqdadır. Bütün bunların yanında bir də səs yazma studiyası (kayıt studiyası) var.

Həyatını həqiqətən zövq alaraq yaşamağa çalışan bir insan təəssüratı buraxır şübhəsiz. Şəxsi zövqlərin yanında xeyriyyəçilik duyğusunun da bolca dadına çatmışdır. 1986-ci ildə Paul Allen Vəqfini qurmuş və vəqfə 400 milyon dollar hədiyyə etmişdir. Bununla kifayətlənməmiş fərdi olaraq da 600 milyon dollarlıq bir hədiyyədə etmişdir. 2010-ci ildə bir çıxışında, “İllərdir əmlakımın mülkümü çoxunu qurduğum vəqfin işlərini davam etdirməsi və qeyri-kommersiya elmi araşdırmaların maliyyələşdirilməsi üçün xeyr işlərinə buraxmağı planladım” deyərək ölümündən sonra 13,5 milyard dollarlıq şəxsi sərvətinin böyük əksəriyyətini, insanlara kömək üçün hazırlanan layihələrə köçürəcəyini bildirmişdir.

Paul Allenin söylədiyi bu sözlərin havada qaldığını düşünənlər üçün pis xəbər vermək məcburiyyətindəyəm. Paul Allen, 2012-ci ilin əvvəllərində Seattledə Allen Beyin Elm İnstitutunu qurdu. Bu yerin qurulması üçün 100 milyon dollar xərclədi. Bununla kifayətlənməyib 10 il davam edəcək araşdırmaların ilk 4 ili üçün 300 milyon dollar qrant ayırdı. Yaxşı, bu institut nəyi araşdırır? İnstitut siçan beyninin necə çalışdığını araşdıraraq, insanlara təsir edən beyin xəstəliklərinin səbəblərini öyrənməyi qarşısına məqsəd qoyub.

Paul Allen haqqında ətraflı bir araşdırma edərkən rastlayacağınız müxtəlif maraqlı hadisələr olmur deyil. Mənim üçün ən maraqlı olan hadisə, Forbes jurnalının 2009-ci ilə aid ən zənginlər sıralamasında çıxdı. Məsələn, Paul Allenin dünyanın ən zənginləri siyahısında Sentyabr 2009-cu ildə 17-ci sıradaykən, Noyabr 2009-cu ildə 32-ci sıraya gerilədiyini bilirdinizmi?

Yaxşı, 2011-ci ildə kitab nəşr etməyə çalışan Paul Allenin Bill Gates haqqında ‘Texniki bir dahi ancaq mənim şirkət paylarımı mərhəmətsizcə salmağa çalışır’ dediyini bilirdinizmi?

2012-ci ilin içərisində Superscholar saytının IQ səviyyələri və müvəffəqiyyət ölçülərinə görə həyatda olan ən ağıllı 10 insanı sıraladığını və Paul Allenin bu siyahıya 170 IQ səviyyəsi ilə 3. sırada girdiyini bilirdinizmi?

Bill Gatesin universiteti yarıda buraxdığını yenə də dünyanın ən zəngin adamı ola bildiyini söyləyər ya da duyarıq. Yaxşı, məktəbi buraxması üçün Bill Gatesi razı edən adamın Paul Allen olduğunu bilirdinizmi? Washington Dövlət Universitetini 2-ci kursdaikən buraxmağa qərar verdikdən sonar lisedən(8,9,10,11,12 sinif) bəri ən yaxşı yoldaşı olan Bill Gatesi 1974 Harvard’ı buraxmasını təmin edən adamdır.

Hər şey bir yana, Paul Allenin heç evlenmediğini bilirdinizmi? Üzündəki qarışıqlıq ifadəsini görür kimiyəm. Amma qəti olaraq bir şərh edə bilmirəm bu mövzuda. 2005-ci ilə qədər kimsəylə evlenmediğini müxtəlif mənbələrə əsaslanaraq deyə bilərəm. Ancaq 2005-ci ildən sonra evliliyi haqqında heç bir xəbər və ya məlumata rast gəlmədim. Ona görə evlənmədiyi qənaətinə gəlmək səhv olmaz.

Sizinlə paylaşmaq istədiyim son bir şey daha var. 2012-ci ilin Mart ayında Paul Allenin Amerikalı bir əsgər olan Brandon Lee Price tərəfindən dolandırıldığını öyrəndim. Dolandırma forması isə bankın qarmağa çox sadə gəlməsindən ötəri mənə qəribə gəldi. Price, Allenin kartına çatmaq üçün bankı axtarmış və onun təqlidini edərək əvvəl kartının ünvan məlumatını dəyişdirmiş. Bir neçə gün sonra yenə bankı axtararaq kartını itirdiyini və yenisinin göndərilməsini istədiyini söyləmiş. 15,600 dollarlıq istifadəyə çatdığında isə yakaya ələ vermiş.

32 İl Sonra Oxşar Poz ..

Paul Allen, 2011-ci ildə nümayiş olunan ‘Idea Man’ adlı otobiyografisində, Bill Gatesin Microsoftun CEOsu Steve Ballmer ilə razılaşaraq şirkətdəki hissəsini salmaq istədiyini bildirmiş və digər ittihamlar irəli sürmüşdür. Kitabın bazara çıxmasının ardından aralarının düzelmeyeceği düşünülən Gates və Allen, ABŞ-ın Seattle şəhərindəki Living Computer Muzeyində həyata keçirilən fəaliyyətdə bir araya gəldi.

İki ad, dostluqlarının düzəldiyini, 1981-ci ildə çəkdirdikləri fotoşəkili canlandıraraq sübut etdi. Microsoftun ilk müdirləri, 1981-ci ildə MS-DOS əməliyyat sisteminin lisenziyasını IBMin verdikləri zaman bu böyük razılaşmanın xatirəsinə tarixi bir poza vermişdi.

Living Computer Muzeyində bir araya gələn ikili, 32 il əvvəlinə aid kadrda bir araya gəldi. Gates, əvvəlki kimi gündəlik paltarlarıyla meydana çıxarkən, Allen dəst paltarından yenə vazkeçməmişti. Allen, fotoşəkili tweet’lemeyi də unutmadı.

Yazar: Barış Arıburnu

 

Mənbə: http://yusifali.com