Mətnin tərtibatı üçün 27 tövsiyyə

Mətnin tərtibatı üçün 27 tövsiyyə
4293

Mətn yaxşı tərtib olunanda onu böyük həvəs ilə oxuyursan. Gözəl tərtib olunmuş mətni “skan” eləmirlər – onu oxuyurlar. Bloq və ya saytınızın ziyarətçisinin diqqətini cəlb etmək üçün mütaliə prosedurunu maksimum dərəcədə asanlaşdırmalısınız. Materilaınız nə qədər asan qavranılırsa, istifadəçi o qədər də çox oxuyacaq.

Aşağıda mən sizə Rusiyanın məşhur kopirayter Denis Kaplunovun “Kontent, marketinq və rok-n-roll” kitabından mətnləri oxucuların gözləri üçün maksimum dərəcədə asanlaşdıran 24 tövsiyyə-ni təqdim edirəm + 3 tövsiyyə də məndən

  • Elektron mətni dərc edəndə qarmaqsız şriftlərdən istifadə edin (Verdana, Tahoma, Arial, Calibri)
  • Şrift nə çox xırda nə də çox böyük olmalıdır. Ortalama ölçü – 12
  • “Qaranı ağın üstündə” oxumaq “ağı qaranın üstündə”n daha asandır
  • Cümlənin optimal uzunluğu – maksimum 2 sətir
  • Müxtəlif ölçülü cümlələri növbələşdirin
  • Abzasın optimal ölçüsü – 4-5 sətir çox olmasın
  • Mətnin monoton görsənməməsi üçün müxtəlif həcmli abzasları növbələşdirin
  • Mütaliə üçün sətrin ən rahat uzunluğu – 60-80 simvol
  • Abzasların arasında 1 sətirlik interval saxlayın
  • Mətnin başlığı (əsas mətndən nisbətən) qalın və daha böyük şrift ilə yazılmalıdır
  • 2 sətirdən böyük uzun başlıqlar qıcıqlandırırlar
  • Dırnaqların içində olan başlıq daha çox diqqəti cəlb edir
  • Mətnin struktur hissələrini altbaşlıqlar ilə bölmək lazımdır – şrifti yarımqalın edin, ölçünü böyütməmək də olar
  • Nişanlanmış və nömrələnmiş siyahılardan istifadə edin – onlara müxtəlif sadalamaları yerləşdirirlər (nişanlanmış siyahılarda olan məlumatı həvəslə oxuyurlar)
  • Oxuyucunun diqqətini cəlb etmək üçün mətnin əsas fikir və ifadələri xüsusi qeyd edin
  • Vasitəsiz nitqi və sitatları kursiv və ya əlyazma şrifti ilə qeyd edin
  • Kursiv ekrandan çox kağızın üstündə daha yaxşı görsənir, ona görə ondan sui-istifadə etməyin
  • Mətndə rəqəm və nömrələrdən istifadə edin – onlar mətnin monotonluğunu azaldırlar
  • Mətniniz nə qədər böyük olsa, o qədər onu daha az diqqətlə oxumaq istəyirlər
  • Böyük hərflər ilə yazılmış sözlərini sayını məhdudlaşdırın, əsasən də başlıq və altbaşlıqlarda
  • Bir mətndə şriftin və tökmələrin müxtəlif rənglərindən istifadə etməyin
  • Bir mətndə ikidən çox müxtəlif şriftlərdən istifadə etməyin
  • Tire ekranda iki nöqtədən və nöqtəli vergüldən daha yaxşı görsənir
  • Sizin linkləriniz gözə çarpacaq dərəcədə qeyd olunmalıdır

+ 3 tövsiyyə

  • Ə,Ü,Ö,Ç,Ş kimi hərflərimiz yaxşı çap olunan şriftlərdən istifadə edin
  • Durğu işarələrini həddindən artıq istifadə etməyin, əsasən də nida (!!!!) və sual (????)
  • Mətndə şəkilləri yerləşdirəndə onların ölçü və keyfiyyətinə diqqət yetirin. Qeyri-dəqiq şəkilləri yerləşdirməyin

Bu siyahını çek-list kimi saxlayıb, çap edib və əliniz altında saxlamağınız arzuolunandır. Həmçinin də, şərhlərdə öz tövsiyyələrinizi də qeyd edin.

P.S. Əgər sizin mətninizdə linklərdən istifadə olunursa, onlar yeni pəncərədə açılmalıdırlar. Əks halda siz oxucunuzu itirəcəksiniz.
P.S.S. Əgər siz mətnizin tərtibatı və oxuculuğun üzərində işləmirsinizsə, müştərilərin ümumi həcmin cəmi 10% oxumasına hazır olun.

Müəllif: Samir Kərimov

Mənbə: http://samirkarimov.com/