Məşhur maşın fimalarının velosiped istehsal etməsi, ilk baxışda normal da görünür. Çünki, sevilən avtomobil markasını əldə edən şəxs, əgər velosiped həvəskarıdırsa və ya professional velosiped sürməklə məşğuldursa, onda böyük ehtimalla o kəs, seçimini məhz sevdiyi maşın markasında edəcək. Bu səbəbdən də, məşhur maşın markalarının velosipedlərini sizə təqdim edirik.
1. Ferrari
Ferrari, “Maranello” markalı velosipedi hazırlamaq üçün tanınmış İtalyan velosiped istehsalçısı Kolnaqo ilə tağım qurmuşdur. Bu əməkdaşlığın son bəhrələri, sadəcə CF8 və CF9 adlandırılan iki velosipeddən ibarətdir. CF9 baza modeli olmaqla eyni zamanda lüks seqmentinə aiddir. O, tam karbon ramasına, Shimano Ulteqra dəstinə və İtaliya firmasına məxsus “Selle” oturacağa malikdir. Amma CF8 modeli isə texnoloji təchizatlı bir məhsuldur və CF9-dan 4 dəfə bahadır. Bu texnoloji xüsusiyyət, əsasən Shimano Dura Ace Di12 elektronik sürət ötürücüsünün təəsürat yaradan varlığından və demək olar ki, bütün hissələrin karbon lifindən hazırlanmasından ibarətdir.
2. Ford
İki-təkərli trek cininə oxşayan Fordun “E-bike Concept”i, keçən ilin payızında Frankfurt Avto Şousunda təqdim edildi. Aliminium və karbon lifindən hazırlanan raması ilə E-bike, ön təkərdə gizlədilən və enerjisini ramaya yerləşdirilmiş litium-ion batareyasından alan mühərrik vasitəsilə sürülür. Ford iddia edir ki, bu velosiped Formula 1-dən götürülmüş “inteqrə edilmiş nəzarətçi və maqnet məhdudiyyəti texnologiya”sı vasitəsilə insan və batareya enerjisini ahəngdar surətdə inteqrə edə bilər. Fordun elektrik velosiped bazarına daxil olması, istehlakçıların həm yanacaq-səmərəli, həm də yanacaqsız nəqliyyat vasitələrini axtarması kimi böyük bir tendensiyanı əks etdirir. Smart Car, öz dilerliklərində tezliklə elektronik velosiped satmağı planlaşdırır.
3. BMW
Təyyarə mühərriki, maşın, motosiklet istehsaletmə ənənəsi ilə daha çox məhşur olan Bayrişen Motoren Werke (BMW), həmçinin, yarım əsrdir ki, velosiped hazırlama ilə də məşğuldur. Şirkətin son dəst velosipedləri, yarış, səyahət və dağ variantlarından ibarətdir. Amma bunlar arasında ən həyəcan vericisi M Bike Carbon Racer-dir. Yüngül çəkisi ilə M Racer, öz çəkisinə uyğun karbon rəngi ilə boyanmış və bu rənglə təzad təşkil edən qırmızı təkərlərdən ibarətdir.
4. Mercedes-Benz
Ştutqartdakı əhali hesab edir ki, onların maşınlarının alıcıları, aktiv müştərilərdir və bu səbəbdən, bu müştərilərə geniş diapazona malik velosipedlər təklif edirlər. Tanınmış velosiped hissələri istehsalçıları ilə əməkdaşlıq edən Mercedes firması istirahət səyahətindən yarışa qədər, bütün fəaliyyətləri əhatə edən bir çox velosipedlər eyni zamanda bir neçə uşaq velosipedlərini bazara təklif edir. “Avto-hərəkətli velosipedlər vitrin üçündür” fikrini aradan qaldırmaq üçün, Mercedes, uzun səyahətə davamlı Fox Racing F32 RL və DT Swiss versiyalarını da təqdim edir. Velosiped SRAM X.9 sistemi ilə yüksək sürətli olmaqla, hidravlik AVİD Elixir əyləc sisteminə də malikdir.
5. Volkswagen
Əcaib görünən Volkswagen e-concept velosipedi, sadə, U-formalı ramaya malik, pedalsız olan bir vasitədir və demək olar ki, cizgi filmindən bir velosipedi xatırladır. O, bükülə bilir və adətən, çarxın yerləşdiyi bir köşəyə yerləşir. Qaçış məsafəsi isə bir sonrakı enerji yüklənməsinə qədər 19 km hesab edilir. Alman maşınqayırması öz pərəstişkarları üçün geniş çeşiddə ənənəvi velosipedlər təklif edir. Bunların arasında, maşın texnologiyası ilə velosiped texnologiyasının birləşməsindən əmələ gələn velosipedlər də var. Onlar, dağ üslublu velosipedlərdən tutmuş yarış velosipedlərinə qədər geniş diapazona malikdirlər.
6. Mini Cooper
“Maşın velosipedlə görüşür” konseptində müəyyən əyləncə əldə etmək istəyirsizsə, hər şeyi Mini`yə buraxın: minicooperbike.com`u ziyarət etməklə. Mini müəyyən çeşidli bükülən velosipedlər təqdim edir. Onlardan biri FDB166 elə kompaktdır ki, büküləndə asanlıqla ilkin Mini Cooper avtomobilinə sığışa bilir. O isə, bildiyimiz kimi, böyük ölçülü ayaqqabı qutusudur.
7. Maserati
Güman ki, Maserati, avto-velosiped oyununda işləri həqiqətən də doğru görüb. Yəni, kosmos əsri texnologiyasını hədəf almaq yerinə o ciddi surətdə retrospektiv gediş həyata keçirib: tanınmış Sisiliya velosiped istehsalçısı Montante Cicli ilə əmədaşlıq nəticəsində 8 CTF adlı məhdud sürətli velosiped ərsəyə gətirib. Velosiped, həmçinin, yüksək texnoloji velosiped konsepsiyasından qismən imtina edərək ağ kantlı təkərlərə, pərçimlənməyən pedallara və köhnə dəbdə lentlə yarı-sarılmış sükana malikdir.
8. Land Rover
Bir markanın yolsuzluq avtomobili istehsalı üzrə ixtisaslaşdığı halda, yol velosipedi istehsal etməsi müəyyən qədər müəmmalıdır. Land Rover, özünün 2012 Land Rover Range Rover Evoque modeli ilə məhz bunu etmişdir. Bu modeli şirkətin baş dizayneri, ehtiraslı velosipedçi olan Gerri MakQovern tərtib etmişdir. Evoque karbon lifli ramanı və Formula 1 texnologiyasından mənimsənilən çəngəli özündə əks etdirən yüksək texnoloji çalışmaların bəhrəsdir. Aşırı ölçülü karbon sükan borusu və böyük hesabla ramaya inteqrasiya edilmiş oturacaq da bu qəbilədən olan elementlərdir. Sürət ötürücüsü, 20-sürət Shimano Ulteqra sistemidir. Təkərlər də karbondandır. Çatışmayan təkcə, karbondan olan damdır.:)
9. Porsche
Təəsürat-dolu görkəmli dağ velosipedlərini illər boyu istehsal etdikdən sonra 10 il öncəki FS Evolution`un təqdim edilməsi haqda düşünün – bu o deməkdir ki, Porşe tərtibatda tonu böyük ölçüdə aşağı salır. Onun son təklifləri, “S və RS”dir. Hər ikisi adlarını Porşenin əfsanəvi maşın adlarından götürür. Hər iki model hidravlik əyləcə, möhkəm karbon çəngəllərinə, 43 sm-lik təkərlərə malikdir. RS, tam karbon rama və S`in 11-ə qarşılıq 20 sürət ötürücüsü ilə səviyyəni bir qədər yuxarı qaldırır. Amma bu velosipedlər, aşkar olaraq şəhər səyahəti üçün nəzərdə tutulub.
10. McLaren
Tanınmış maşın istehsalçısının velosiped dünyasında da eyni adı qazanmasının digər nümunəsi, yeni S-Specialized + McLaren Venge modelidir. Amma McLaren`in, bu modeli artıq təəsürat yaratmış S-Works Venge modelindən necə üstün olacağı əsaslı sual işarəsi yaradır.