Məqsədə nail olmaq üçün 7 addım

Məqsədə nail olmaq üçün 7 addım
1432

Bu yazıda Brian Tracynin "Daxili İntizamın Gücü" kitabından məqsədə çatmaq üçün yeddi addım metodunu sizinlə bölüşəcəyəm. Məqsədə çatmaq üçün müxtəlif mürəkkəb metodların olduğunu biz bilirik. Bu metodlardan çoxsunu həm mənim yazılarımda həmdə digər blog yazarlarının yazılarında və yaxud müxtəlif biznes kitablarında görmüsünüz. Bu yazıda qeyd edəcəyim yeddi metod vasitəsi ilə qısa zaman ərzində təsəvvür belə edə bilmədiyiniz müvəffəqiyyətlər əldə edəcəksiniz.

  • Nə istədiyinizi dəqiq müəyyən edin. Spesifik olun nə qədər çox pul deyə ümumi anlayış yox, konkret nə qədər qazanmaq istədiyinizi müəyyən edin.
  • Bunu kağız üzərinə qeyd edin. Kağız üzərində yazılmayan məqsəd siqaret tüstüsü kimidir, havaya uçub yox olacaq.
  • Məqsədiniz üçün vaxt təyin edin. Məqsədinizi nə vaxta reallaşacağını düşünün və dəqiq məlumatları kağıza qeyd edin. Məqsəd çox böyükdürsə, sizi ona aparacaq daha kiçik məqsədlərdən başlayın. Bu məqsədlər təkan verici rolunu oynayacaq. Bu məqsədlərin toplusu sizə sonda əsas məqsədə çatmağa imkan yaradacaq.
  • Məqsədinizə nail olmaq üçün edə biləcəyiniz hər şeyi sadalayın. Henry Fordun dediyi kimi: " Kiçik addımlara bölünərsə, ən ağlasığmaz məqsədlərə belə nail olmaq olar"
  • Edəcəklərinizin siyahısını tutun və bu listəni bacardığınız qədər ardıcıllıqla həyata keçirin. Yəniki nəyi birinci, nəyi ikinci və nəyi üçüncü həyata keçirəcəksiniz.
  • Dərhal planınız üzərinə işləməyə başlayın. Vaxt itirməyin. Qətiyyən bəhanələr axtarmayın.
  • Hər gün əsas məqsədiniz uğrunda bir iş görün. Bu sizin uğurunuzu təmin edəcək həll edici addımdır. İlin 365 günündən düzgün istifadə edin. İlin sonunda hədəfinizə nə qədədrdə yaxınlaşdığını bəlkədə çatdığınızı görəcəksiniz.

Müəllif: Cəvid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/