Məhsul qiymətləndirmə siyasətləri

Məhsullar bazara çıxarılarkən, şirkətlər bir çox qiymətləndirmə siyasətlərindən istifadə edərək öz məhsullarının rəqib məhsullarından daha yaxşı satılmasını təmin etməyə çalışırlar. Bu siyasətlərin bir çoxunu biz gündəlik həyatda yada alış-veriş zamanı görsəkdə bir çoxu pərdə arxasında qalır. Bu yazıda bu qiymətləndirmə siyasətlərinə qısaca toxunacağam.

  • Endirimli qiymətləndirmə

Bu siyasət çox vaxt bazardaki vəziyyətə görə, məhsula olan təlabata görə, mövsümə görə bazardaki məhsulun miqdarına görə edilməkdədir. Məsələn qış vaxtlarında istirahət zonalarında bütün otellər qiyməti düşürməyə məcbur olurlar,bu həmdə tələbatın azlığına görədir. Digər bir misal göstərsək 1 məhsul satdığımız zaman 100 manat alırıqsa, eyni müştəriyə 5 məhsul satdığımız zaman endirim edirik və 450 manat alırıq.

  • Psixoloji qiymətləndirmə

Bu qiymətləndirmə siyasətində məqsəd müştəriyə məhsulu alması üçün psixoloji təsir göstərməkdir. Bu qiymətləndirmə siyasətinə misal olaraq qiymətləndirmə zamanı mağazaların yuvarlaq rəqəmlərdən istifadə etməməsidir. Məsələn 9.99 , 9.90, 29.95 kimi qiymətlərdən istifadə buna nümunə ola bilər.

  • Bölgə qiymətləndirmə

Şirkətlər çox vaxt yol xərclərini, zamanı və bölgədəki yaşayanları nəzərə alaraq məhsulun qiymətini bölgələrə görə fərqki tuta bilməkdədirlər. Türkiyədə istehsal olunan bütün məhsullar Azərbaycana gəlib çatanda 2 qat və bəzən 3 qat daha baha olur. Ölkə içərisində isə ən çox kənd təsərrüfatı mallarında bunu görmək mümkündür.

  • Dəyər təməlli qiymətləndirmə

Bu tip qiymətləndirmə siyasəti gündəlik və tez tez istifadə olunan məhsullarda istifadə olunmur. Daha çox bir dəfə istifadə olunan və gec gec istifadə olunan məhsullarda istifadə olunur. Burda əsas məqsəd müştərinin məhsula nə qədər dəyər verdiyini bilməkdir. Turkiyədə olduğum müddətdə soyuq bir gündə qapı arxa tərəfdən bağlanmışdı və mən soyuqda qalmışdım. Qapını açması üçün çilingər çağırdım və tez gəlməsini istədim. Çilingər gəldi və qapını asanlıqla açdı. Əziyyətin haqqını soruşanda isə 75 TL dedi. Mən isə baha olduğunu söylədim ama iş işdən keçmişdi. Sonra isə başqa vaxt çilingər ofisinin yanından keçəndə qiyməti soruşduqda 30 TL olduğunu söylədilər. 

  • Dəyişən qiymət

Dəyişən qiymət gündəlik zamanlama içərisində istifadə olunur. Əgər düzgün istifadə olunmasa müştərilər arasında neqativ fikirlərin yaranmasına səbəb ola bilər. Məsələn bir otel səhər 30 manata qonaq qəbul edir. Ama hələdə boş otaqları qaldığı üçün axşam üstü gələn qonağa otağı boş qalmasın deyə 20 manatdan verməkdədir. Bizim dilimizdə desək axşam bazarı.

  • Qiymət fərqliliyi siyasəti

Bakıda mənim bir müştərim var idi. Bir növ əla təmirli, super dizaynlı tələbə yataqxanası var idi. Reklam etməyimi istəmişdi məndən. Yataqxanada 20-dən çox otaq var idi.Bəzi otaqlarda bir aylıq qalmağın xərci 150,bəzilərində 160 bəzilərində isə 180 manat idi. Belə qiymət olmasına səbəb, otaqların aralarında bir balaca qapıya yaxın olmasına görə, pencərələrin şəhərə yoxsa məhləyə baxmasına görə və digər xırdalıqlara görə fərqlənmələri idi. Buda özlüyündə qiymət fərqliliyini yaratmaqda idi.

Müəllif: Cavid Abasov