Məhkəmə ''Apple''ı qalib elan etdi. ''Samsung'' telefonlarını geri çağırmalıdır.

Məhkəmə ''Apple''ı qalib elan etdi. ''Samsung'' telefonlarını geri çağırmalıdır.
800

Apple və Samsung arasında gedən patenet müharibəsi nəhayət ki, sona çatdı. Məhkəmə Apple'ı qalib elan etdi. 4 il öncədən başlayan bu mübahisənin nəticəsi Samsung üçün ağır olacaq kimi görünür. Samsung bəzi telefon modellərində sırf Apple'ın patentləşdirdiyi detallardan istifadə etdiyi üçün məhkəmə qərarına əsasən həmin modelləri geri çağırmaq məcburiyyəti ilə üz-üzədir. Apple rəsmilərinin açıqlamasına görə ağıllı telefonlarda olan kilid açma özəlliyi və sözləri təxmin etmək xüsusiyyəti ilk dəfə məhz Apple məhsullarında yerləşdirilib və bu detalların patenti birbaşa Apple'a məxsusdur.

Samsung isə qeyd olunan detalları Samsung Admire, Galaxy Nexus, Galaxy Note, Galaxy Note II, Galaxy S II, Galaxy S II Epic 4G Touch, Galaxy S II Skyrocket, Galaxy S III və Samsung Startosphere cihazlarında istifadə edib. Bütün bu modellərdə həmin detallar icazəsiz istifadə olunduğu üçün Apple məhkəməni qazandı. Ancaq məhkəmə Samsunga pul cəzası verməyərək, istehsal etdiyi bu modelləri bazardan çəkməsini istədi. Samsung isə öz növbəsində onsuzda bazarda az görünən bu modelləri bazardan yığışdırır. Nəticə etibarilə Apple Samsungdan istədiyini tam əldə edə bilmədi.

Mənbə: http://technote.az/