Marketinq və satışda insan xarakterlərini bilmək

Təcrübələr göstərirki insanların xarakterlərini nə qədər yaxşı bilsəniz onlarla o qədər daha yaxşı münasibətdə olarsınız. Marketinq və Satış sektoru üçünsə insanlarla daima müsbət əlaqədə olmaq vacibdir. Bəzi xarekterlərli insanlarla necə münasibət qurmaq lazım olduğunu bu yazıda qeyd edəcəyəm.

  • Tələbkar Olanlar: Səbirsiz olurlar. Onlarla danışıqlar aparıldığı zaman sözü uzatmaq lazım deyil. Həmişə qalib gəlmək istəyərlər. Özlərinə inamlı görsənərlər. Hər şeydə düz olduqlarına inanarlar. Yaradıcı fikirlər onların öz fikirləriymiş kimi göstərmək lazımdır.
  • Xırdalıqlara Qaçanlar: Çox sual verən olurlar, hər şeyə auditor gözü ilə baxırlar, hər xırdalığı bilmək istəyərlər, Danışıqlar apardığınız zaman hər şeyi xırdalıqlarına qədər izah edin. Ən xırda və effektiv söhbətləri təqdim edin. Şəxsi söhbətlər etməyi xoşlamazlar. Az danışarlar ama yenilikçı olurlar. Yeni mövzuları öyrənməyi sevirlər.
  • Münasibət Sevərlər: Dostluq sevən və çox vaxt rahat olan insanlardırlar. Söhbət etməyi sevərlər. Onlarla açıq olmağınızı istəyərlər. Alqı satqı işlərinə fikir verirlər. Alqı satqını sosial ətraflarını genişlətmək məqsədi ilə edirlər. Danışmağı onlara buraxın, diqqətlə dinləyin və onlarla danışmaqdan zövq almağa çalışın ki qarşı tərfədə bu əks olunsuz.
  • Təmkinli Olanlar: Çox danışmazlar, diqqətlə qulaq asarlar. Onları anlamaq biraz çətindir. Yeni fikirdən qaçarlar. Onları çox narahat etməmək lazımdır. Çox zaman bu insanlara mesaj vermək istəsəniz üçüncü insanın əli ilə bunu etməlisiniz.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/