Marketing mütəxəssisi bilməlidir

Marketing mütəxəssisi bilməlidir
1104

Hər bir sahədə o sahədə mütəxəssis olmaq üçün uzun zaman gərəklidir. Düşünürəm marketing sahəsi digər sahələrə nisbətən daha dinamik olmaq, daima axtarışda olmaq və əsasəndə yenilikçı olmaq tələb edir. Bundan başqa qalan xüsusiyyətləri aşağıda qeyd etməyə çalışacağam. Düşünürəm marketing mütəxəssisi olmaq üçün bir çox şeyləri bir yerə cəmləməliyik. Bunları özümə vacib bildiyim qədər sizin ilə də bölüşmək mənə xoşdur.

  • Nəzəri biliklər

Hər nə qədər bir sahədə bişmək üçün əsas məsələ praktikadırsa, o sahədə ilk və möhkəm addımlar ata bilmək üçün nəzəriyyənin vacibliyi vardır. Nəzəriyyə biliklərinin yaxşı olması, stratejik gedişlərə, planlama, bütcələrin hazırlanmasına və bir sıra taktiki gedişlərin hazırlanmasına və s. bir başa yardımçıdır.

  • Bazarın biznes analizini edə bilmək

Araşdırmalar etmək, bazarın ehtiyyac və tələbini ölçmək, bazardakı çətinlikləri və problemləri görmək bir marketing mütəxəssisinin məhsulunu rəqiblərin məhsulundan bir addım öndə edəcəkdir.

  • Lokal bazarın iqtisadi analizi

Düşünürəm bir marketolog iqtisadi analizləri apara bilməlidir. Düzgün dəyərləndirmələr apara bilməli və bunu uyğun olaraa marketing təklifləri verməlidir. Düzdür nəhəng şirkətlərdə bu işlə iqtisadi ekspertlər məşğul olur. Ancaq Azərbaycan kimi ölkələrdə olan şirkətlərdə iqtisadi ekspertlər olmadlğı üçün marketing mütəxəssisi bu analizi özü edə bilməlidir. Əgər 3 aydan sonra devolvasiya olma ehtimalı varsa, seçkilər olacaqsa, bir təhlükə varsa, qanun dəyişikliyi olma ehtimalı varsa marketing mütəxəssisi bunu yaxşı bilməlidir. Marketing mütəxəssisi adam başına düşən gəlir, ümumi milli gəlir, idxal potansial, ixrac potansial, digər ölkələrlə olan əməkdaşlıqlar, yeni proyektlər və s. kimi iqtisadi məlumatlara malik olmalıdır

  • Sektoru yaxşı tanımalıdır.

Marketing mütəxəssisi çalışdığı şirkəti, məhsulu, rəqibləri və bu məhsulun və markanın müştərilərini, digər agentlikləri yaxşı tanımalıdır. Bu faktorların nə qədər vacib olduğunu izah etməyə fikrimcə heç bir gərək yoxdur.

  • Xarici dil biliyi və dünya görüşü

Xarici dil nəinki marketing mütəxəssisi olmaq üçün, hər bir sahədə mütəxəssis olmaq üçün vacib məsələlərdəndir. Daha çox öyrənmək, daha çox araşdırmaq və qlobal şirkətlərlə iş birlikləri qura bilmək üçün xarici dil biliyi ən vacib amillərdəndir. Baş verənlərə, yeni kampaniyalara, atılması lazım olan addımlara başqa bir prizmadan baxa bilməsi üçün marketing şmütəxəssisində dünya görüşü olmazsa olmazdır.

  • Trendləri izləmək

Biznesdəki digər ixtisasların heç birində marketing kimi yeniliklər, trendlər baş verməməkdədir. Davamlı olaraq ölkələrdə və ümumilikdə dünyada baş verən trendləri izləmək bir marketologun vəzifələrindən biridir. Bu zaman yeniliklərin məhsul və sektor üzərində tətbiq edilib edilmədiyi müzəkirə olunmalıdır.

Müəllif: Cavid Abasov

 

Mənbə: http://www.cavidabasov.com/