Lufthansa aviaşirkətinin təhlükəsizlik tarixçəsi

Bu gün Barselonadan Düsseldorfa uçan “GermanWings” şirkətinə məxsus Airbus 320 təyyarəsi Alp dağlarında qəzaya düşüb. 142 sərnişin və 6 ekipaj üzvündən heç kimin sağ qalmadığını bildirən Fransa prezidenti Fransua Holland qəzanın səbəbinin tam bilinmədiyini deyib.

“GermanWings” şirkəti Almaniyanın Köln şəhərində mərkəzləşmiş ucuz aviareyslər təklif edən hava yolları şirkətidir. Şikrət bütünlüklə Lufthansa aviaşirkətinə məxsusdur. Əsas nəqliyyat qovşaqları Köln Bonn Hava limanı, Ştutqart Hava limanı, Hambuq Hava limanı, Berlin tegel Hava limanı və Düsseldorf Hava limanıdır. 2013-cü ildə “Lufthansa” özünün bütün qısa daşıma əməliyyatlarını əsas mərkəzi olan Münhen və Frankfurtdan “GermanWings”ə keçirib.

Təyyarənin qəza xəritəsi. Aviareys Barselonadan 30 dəqiqə gecikmə ilə havaya qalxıb

“GermanWings” 9525 saylı aviareysinin qəzası Lufthansa hava yollarında 1993-cü ildən bəri baş verən ilk ölümcül hadisədir. Əvvəlki qəzalar xronoloji ardıcıllıq üzrə belədir:

  • 15 Sentyabr 1993: Lufthansa 2904 saylı aviareysin təyyarasi Polşanın paytaxtı Varşavada eniş vaxtı qəzaya düşür. 2 nəfər həlak olur.
  • 26 İyul 1979: 527 saylı aviareysin təyyarəsi Rio de Janeyrodan havaya qalxdıqdan sonra dağ yamacındakı ağaclara dəyərək qəzaya düşür. 3 nəfər həlak olur.
  • 13 Oktyabr 1977: Palm de Malyorkadan Frankfurta uçan və göyərtəsində 91 sərnişin olan 181 saylı aviareysin təyyarəsi qaçırılır və Yəmənin Ədən şəhərinə istiqamətlənir. Təyyarədə qarşıdurma zamanı təyyarəni qaçıranlar pilota atəş açırlar, Somalinin paytaxtı Moqadişu istiqamətinə uçmamışdan əvvəl alman hərbçilər təyyarəyə basqın edir və 4 terroristdən 3-nü öldürürlər.
  • 20 Noyabr 1974: 540 saylı aviareysin təyyarəsi Nayrobidən qalxandan qısa müddət sonra qəzaya düşür və 59 nəfər həlak olur.
  • 28 Yanvar 1966: 005 saylı aviareys Almaniyanın Bremen şəhərinə enişi ləğv edəndən qısa müddət sonra 46 nəfərin ölümüylə nəticələnən qəzaya uğrayır.

Müəllif: Tural Babayev

Mənbə: https://turalfot.wordpress.com