Lamboghini Parisdə yeni 'super maşın' təqdim edib

Gələcəyə aparan yol

Lamborghini-nin Paris avtosalonunda təqdim ediləcəyi barəsində çox şayiələr gəzirdi.Tamaşaçıların yekunda gördükləri heç kəsi məyus etmədi. İtalyanların fikrincə, gələcəyin “super maşını” Lamborghini Asterion adlı dörd motorlu hibriddir.

"Lamborghini" nin rəhbəri Stefan Vilkelmanın yazda hibridlərin yaradılması rəqabətində iştirak etmək niyyətinin olmadığını bildirdiyi halda, faktiki olaraq məlum oldu ki, italyanlılar çağırışı qəbul etdilər. Avtomobil yaradıcılarının sonuncu layihəsi 910 at gücünə malik , dörd mühərrikli, cəmi 3 saniyəyə 100 km/s sürət yığan hibrid Lambarghini Asterion oldu.

Təəcüblü deyil ki, Lamborghininin rəhbərliyi öz vədini pozmasına bəraət olaraq təbiəti qorumanı irəli sürdü. Xüsusi texnologiya sayəsində avtomobil 50 km qədər yol qət edə bilir və zərərli tullantıların atmosferə buraxılması səviyyəsini azaldır. Orta hesabla hər 100 km məsafəyə görə 4,12 litr yanacaq sərf edir. Hələlik bu avtomobildən ikinci bir nümunə istehsal olunmayıb, maşının kütləvi istehsalına nə vaxt başlanacağı barədə məlumat isə yoxdur.

Yeri gəlmişkən, “super maşının” adı da təsadüfi qoyulmayıb. Avtomobilin tam adı – Asterion LPİ 910-4-dür. Burada “İ” hərfi tərcümədə “hibrid” mənası verən italyan sözü ibrido - nu ifadə edir. Asterion sözü isə yunan əfsanələrində hibrid təbiətli minotaurun, yəni öküz başlı, insan bədənli varlığın adını bildirir.