Bir neçə müddət bundan öncə NASA astronavt olmaq istəyən könüllülər axtarışında olduğunu bildirmişdi. Nəticədə müraciət edənlərin sayı əvvəllər müraciət edənlərin sayını keçib. Bundan öncə edilmiş müraciətlər üzrə rekord hələ 1978-ci ildə müşahidə olunmuşdu. Onda NASA-ya 8000 insan müraciət etmişdi. Bu dəfə kosmik proqramda iştirak etmək istəyənlərin sayı 18300-ə çatıb.
2012-ci ildəki göstərici ilə müqayisədə bu nəticə 3 dəfə böyükdür. Növbəti mərhələdə NASA mütəxəssisləri bu qədər adamın içində uyğun namizədləri seçməlidirlər. Həmin 18300 insandan yalnız 8-14-ü kosmosa yollanmaq üçün vacib xüsusiyyətlərə sahib olacaq. Seçiləcək astronomlar "Orion" kosmik gəmisinin köməyi ilə kosmosun dərinliklərini müşahidə etmək üçün yola düşəcəklər. Astronavtlardan ibarət olacaq tam siyahını NASA 2017-ci ilin yay fəslində təqdim edəcək. İndi isə NASA həmin siyahıdakı insanların sayını maksimal dərəcədə azaltmalıdır. Bəlkədə siyahıdakı insanlardan kimsə Mars-a ayaq basacaq ilk şəxs olacaq.
Mənbə: http://technote.az/