Kommersiya layihələri üçün yeni sosial şəbəkə yaradılır - Wavescore

Kommersiya layihələri üçün yeni sosial şəbəkə yaradılır - “Wavescore”.Bu ay internet məkanında Rusiyanın “Wavescore” adlı yeni sosial şəbəkəsi fəaliyyətə başlayacaq.

“vistanews.ru” saytının məlumatına görə, bu sosial şəbəkə öz məhsullarının təşviqinin səmərəliyini artırmağı qarşısına məqsəd qoymuş reklam verənlər üçün ixtisaslaşdırılıb. Burada bir çox sosial şəbəkələrdə olduğu kimi, məlumat mübadiləsi aparmaq, musiqi dinləmək, video izləmək, bir-birinin şəkillərini yükləmək mümkündür.

“Wavescore”un əsas fərliliyi ondan ibarətdir ki, bu sosial şəbəkə müştərilərinə saytdakı fəallığa görə ödənişlər edəcək. Sosial şəbəkələr o dərəcədə inkişaf edib ki, onların daxilində müxtəlif layihələr yaranıb, biznes qurulub. Reklam sənayesinin inkişafı ona gətirib çıxarıb ki, bəzi reklam verənlər onlara əsl uğurlar əldə etməyə kömək edəcək maraqlı və faydalı məlumatların mütəmadi olaraq mübadiləsini aparırlar.

“Wavescore” sosial şəbəkəsinin tərtibatçıları layihənin əsas üstünlüyünü onunla vurğulayırlar ki, burada nəhəng sayda sənədlər yükləmək və “Youtube” profillərinin inkişaf etdirilməsi imkanları mövcuddur.

Mənbə: http://ikt.lent.az/