Kodlaşdırma öyrənmək istəyənlərə yardımçı olacaq saytlar

Kodlaşdırma öyrənmək istəyənlərə yardımçı olacaq saytlar
2330

İndiki dövrümüzdə müasur kompyuterlər, son dərəcə inkişaf etmiş cihazlardan demək olar ki, həyatımızın bütün anlarında istifadə edirik. Bu cihazların yaradılmasına 1930-cu ildə başlanıldı, amma onların inkişafı hələ də davam edir. Bu cihazların mükəmməl işləməsi üçün onların təməlində müəyyən kodlar dayanır. Kompyuterlərin gün keçdikcə önəmini artırmaları təbii ki, bu kodları yaza bilənlərin də önəmini artırır. Bu xəbərimizdə sizə ödənişli və ödənişsiz şəkildə faydalana biləcəyiniz və kodlaşdırmanın təməllərini öyrədəcək bir neçə interner sayt haqqında məlumat verəcəyik.

  • Udacity

 

İlk həftə ödənişsiz tədris təqdim edən, amma daha sonra ödəniş tələb edən Udacity, Android veiOS sistemlərində kodlaşdırmanı öyrədən bir saytdır. Kodlaşdırmanın təməl prinsiplərindən başlaya bu sayt başlamaq üçün ideal sayılır.

  • Platzi

Fərqli dillərdə tədris təqdim edən Platzi, kodlama mövzusunda da təcrübəli insanların dərs verdiyi ödənişli portaldır. Platzi'de Node.js və Sails.jg ilə web proqramların kodlaşdırmalarını edə bilirsiniz.

  • SitePoint

Ödənişli tədris təqdim edən SitePoint, demək olar ki, bütün mövzuları fərqli hissələr halında istifadəçilərə çatdırır. İçərisində ödənişsiz dərslərdin də olduğu mövzulara HTML & CSS, Java, PHP, Ruby və başqa dillər də daxildir.

  • Thinkful

Tamamilə ödənişli olan Thinkful, kod yazımını müəllimlə birlikdə öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Bu saytda olan müəllimlərlə tam və ya yarı zamanlı olaraq canlı bağlantı ilə dərslər ala bilərsiniz. Saytın müəllim dəstəyi verməsi təbii ki, qiymətlərə də təsir edir.

  • Code.org

 

Tamamilə ödənişsiz olan Code.org, kodlaşdırma mövzusunda təcrübəli olan firmaların CEO'larından gələn dəstəklə varlığını qoruyan saytdır. Bu sayt vasitəsilə təməl məlumatlardan başlayaraq özünüzü inkişaf etdirə bilərsiniz.

  • Treehouse

 

İstifadəçilərinə təqdim etdiyi videolar ilə onlara kodlaşdırmanın və dizaynın təməllərini öyrətməyi qarşısına məqsəd qoyan Treehouse, aylıq ödəniş tələb edən saytlardan biridir. Reallaşdırılmış layihələr üzərindən dərs verərək kodlaşdırmanı ən incə detallarına qədər öyrədir.

  • Code School

 

Kodlama öyrədən saytlar arasında ən populyarlarından olan Code School, 1 milyondan çox istifadəçiyə sahibdir. Bütün bu istifadəçilərin Ruby, Java, HTML kimi mövzularda təhsil aldığı Code School müəyyən bir ödəniş qarşılığında təhsil verir. Amma burada ödənişsiz hesab açmaq mümkündür.

  • Codecademy

 

Ödənişsiz şəkildə yararlana biləcəyiniz Codecademy, interaktiv proqramları ilə öyrətməyi qarşısına məqsəd qoyub. İstifadəçilərə kod yazılımlarını tamamladıqları təqdirdə müxtəlif nominasiyalar verən Codecademy, belə bir addımla öyrənmə prosesini daha da əyləncəli edir.

Mənbə: http://technote.az/