Kitab oxumaq barədə

Kitab oxumaq barədə
1607

Çox zaman mən yazılarımda kitabda yazılanların real bizneslə tam üst-üstə düşmədiyini deyirəm. Bu həqiqətəndə belədir, çünki adətən biznes kitabları ya bir vaxtlar bizneslə aktiv məşğul olmuş adamlar (məsələn, şirkət rəhbərləri və s.) ya da ümumiyyətlə bizneslə heç bir əlaqəsi olmayan adamlar tərəfindən yazılır. Hər iki kütlə biznes real biznes haqqında danışması real deyil. Amma bu heç də o demək deyil ki, kitab oxumaq ziyandır və ya faydası yoxdur. Kitab oxumaq marketoloq, bizneslə məşğul olanlar üçün həyatı vacibdir. Bilirsiz niyə?

Çünki ən çətin insan məşğuliyyətlərindən biri (məncə birincisi) məhz sahibkarlıq, biznes fəaliyyətidir. Sən daim yenilik axtarmalısan, sən daim rəqiblərdən üstün olmalısan, sən daim nələrisə digərlərindən daha yaxşı etməlisən və ən əsası sən bunu yalnız özün üçün deyil, rəhbərlik etdiyin (sənə inanan) adamlar üçün etməlisən. Bunun üçün sən digərlərindən daha çox oxumalı, mütaliyə etməlisən. Maraqlı bir deyim var: Biznesmen bir gün oxuması – onun yalnız özü biləcək. İkinci oxumasa işçiləri bunu hiss edəcək, üçüncü gün artıq müştəriləri bilib, onun biznesindən üz döndərəcək. Əmin olun, əgər söhbət normal biznesdən gedirsə bu 100% belədir… məmur biznesi (day-day pulu) haqqında biz danışmırıq, o heç bizlikdə deyil.

Əlbəttə kitab oxumaqdan oxumağada fərq var. Biz daha əvvəl Sizinlə bu haqda danışmışdıq. Əlbəttə, kitabdan kitabada fərq var. Mən 360 dərəcədə brendinq kitabını yazanda düşünməzdim ana dilimizdə bu qədər biznes ədəbiyyatı oxumaq istəyənlər var. Bu bizi çox sevindirir ki, bizim kitab Azərbaycanda dilində olan kitablar arasında ən bahalısı olsada (12 manat) kitab mağazalarının dediklərinə görə ən çox alınan kitabdır. Kitabdan danışmışkən təxminən bir həftə bundan əvvəl dostumuz Anar müəllimin kitabı ilə Rasim Qaraça ilə söhbət edirdik (Anar müəllimin təbili ilə desək – post-modernist yazıçı). Görüş zamanı, söhbət əsasında kitabçılıq və kitabların qiyməti barədə söhbət etdik. Rasim müəllim soruşdu ki, Sizin kitab niyə 12 manatdır?! Mən isə sadə cavab verdim, bunun iki səbəbi var.

Ucuz ətin şorbası olmaz kimi düşünənlər Azərbaycanda çoxdur. Onlar 5-6 manatlıq kitab aldıqda onu oxumaq istəməyəcək və ya düşünəcək ki, bu kitab rus analoqlarından geri qalır. Ona görə qoy 12 manat olsun. Alan alsın, almayan pulunu yığsın sonra alsın… AMMA oxusun.
Ana dilimizdə keyfiyyətli kitabların olması üçün gərək, müəllif kitabdan qazansın, razısınız?! Əgər pul qazancı yoxdursa… bu işi həvəslə etmək olmayacaq, düzdür? Bu heçdə o demək deyil, aaa, mənim üçün kitabdan gələn pul vacibdir və s., sadəcə mən istəyirəm qoyduğum 12 manatla bazarda kitabın dəyərini artırım. Qoy hamı görsün ki, bizdə 12 manatlıq kitabları alırıq və qoy müəlliflər ürəklə kitab yazsın, yazdıqları kitabdan pul qazansınlar.
P.S. Həmdə Rasim müəllimə hesabla ilə göstərdim ki, ana dilimizdə ciddi kitabın qiyməti 10 manatdan ucuz ola bilməz və s.

Bugün məncə, bizdə olan əsas problem yetərincə kitabların olmamasıdır. Azərbaycan dilində biznes ədəbiyyatın vəziyyəti barədə, Sizinlə söhbət etmişdik… biyabırçılıqdır. Kitab yeganə məhsul tiplərindəndir ki, onun təklifi artdığı zamanı, dəyəri və ona qarşı olan tələb səviyyəsi dahada artır. Səbəb?! Çünki elm, təhsil, çoxaldıqca, ona qarşı tələb dahada artır və s. Yalnız çox oxuyan adamın kitabı qarşı marağı ola bilər. Oxumaq demişkən, tezliklə Azərbaycanda biznes ədəbiyyatların içərisində bəlkədə ən güclüsü, dərc ediləcək. Dostumuz Anar Bayramov özünün yüksələn biznes karyerasının real sirlərindən danışacaq. Kitabı az-çox görmüş biri kimi, deyə bilərəm ki, mükəmməl bir şeydən söhbət gedir. İndidən bilinir ki, Anarın kitabı satış rekordları qıracaq. Mən Anar müəllimə təkidlə qiymətini ən azı 20 manat… olmasını deyirəm, amma deyəsən müəllif çox insansəvərdir…

Əziz oxucu, əgər Siz biznesdə, marketinqdə uğur qazanmaq istəyirsiniz və Sizin day-dayınız yoxdursa… Siz mütləq və mütləq yaxşı, keyfiyyətli kitablar oxumalısınız.

Müəllif : İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com