Kasıblıq və yaradıcı olmağın əlaqəsi

Nəsə son zamanlar məndə elə bir fikir yaranıb ki, yaradıcı adamlar əsasən kasıb adamlar olur. Hələ imkanlı birinin yaradıcılıqla məşğul olduğun görməmişəm. Burda yaradıcılıq deyəndə qismən bildiyimiz yaradıcılıq mənasında da, kreativlik mənasında da başa düşə bilərik. İnsan gözəl yaradıcılığın nəticəsində varlı ola bilər, amma mənim yadıma imkanlı birinin yaradıcı olması gəlmir. Bu kasıbın işidir. Çünki varlının başı pul qazanmağa qarışır. Varlı xəyal qurmur və istədiyini pul verib alır. Kasıbın isə bu imkanı olmadığından xəyalını qurduğu şeyləri müəyyən formada gerçəkləşdirməyə çalışır, kimisi rəsm, kimisi musiqi, kimisi şeir, kimisi hekayə və s. formada.

Məhdud imkanlar yaradıcılığı motivə edir, buna görə də kasıblıq insanları daha yaradıcı, həmçinin kreativ olmağa məcbur edir. Çünki kasıb insan həmişə xəyal qurur və daha çox axtarış içindədir. Xəyalına çatmaq üçün daha çox fikirləşir. Varlı isə fikirləşmir, onunçün yeganə meyardır puldur, ödəyib əldə edir. Əslində bu yazıda kasıb ifadəsi yerinə “imkanı yaxşı olmayan” ifadəsini də işlətmək olar, çünki onlar varlıdan daha kasıb, kasıbdan daha imkanlıdır, amma nəticədə daha məhsuldar fikirləşməyə çalışırlar. Sözsüz ki, bu dediklərim bütün kasıblara aid deyil.

Müəllif: Tural Fot Babayev

Mənbə: https://turalfot.wordpress.com