Cənubi Koreyanın LG şirkəti kağız kimi qatlanan 18 düymlük "OLED" displey yaradıb.ITC.ua xəbər verir ki, şirkət ultra nazik displeyini "CES-2016" beynəlxalq istehlak sərgisində nümayiş etdirməyə hazırlaşır.
Cənubi Koreya şirkəti sərgi çərçivəsində bir çox yeniliklərini təqdim etməyi planlaşdırır. Məsələn, diametri 3 sm, təsvir ölçüsü 1200x810 piksel təşkil edən dairəvi "OLED" displeylər futuristik (müasir-mütərəqqi) qurğuların hazırlanmasını mümkün edəcək.
Bundan başqa, LG şirkəti televizor üçün kağız kimi nazik 55 düymlük "OLED" displeyini, eləcə də displeyin hər iki tərəfindən tamamilə fərqli təsvirlərin göstərilməsinə imkan verən yeni displeyini təqdim etməyi planlaşdırır.LG qatlanan displeyləri təkcə mobil telefonlar və televizorlar üçün deyil, avtomobillər üçün də istehsal etmək niyyətindədir.
Mənbə: http://ikt.lent.az/