İstənilən yerə quraşdırıla biləcək şəffaf televizor hazırlanıb

Yaponiyanın "Panasonic" şirkəti şəffaf televizor hazırlayıb. Qurğunun işləyən nümunəsi yanvarın 6-9-da Las-Veqasda keçirilən "Consumer Electronics Show" beynəlxalq istehlak elektronikası sərgisində nümayiş olunub.

"Vesti" resursu yazır ki, 65 düymlük televizor işıq-diodlu paneldir. Displey işlək vəziyyətdə yarımşəffaf şkaf qapısını və ya istənilən interyerə uyğun gələ biləcək dekor elementini xatırladır. Qurğu sahibi hətta belə televizoru pəncərəyə quraşdıra və görünüşü istəyinə görə dəyişə bilər."Panasonic" nümayəndələrinin fikrincə, belə televizorlardan ilk növbədə kommersiya məqsədləri (məsələn, ticarət mərkəzlərində) üçün geniş istifadə oluna bilər.

 

Mənbə: http://www.ictnews.az/