İşə qəbul barədə

İşə qəbul barədə
815

Bir vaxtlar hansısa bir kitabda oxumuşdum ki, bizneslə məşğul olmaq üçün iki çox vacib məsələ lazımdır: birincisi müştəri (yəni insan), ikincisi isə… kadr (yəni yenədə insan!). Vaxt, zaman keçdikcə ara-sıra bu fikrin necə doğru olduğunu hiss edirdim və 2015-ci ildə, böhran vaxtında, bir daha əmin oldum ki, güclü sahibkarı, zəifdən fərqləndirən ən əsas məsələlərdən biridə (bəlkədə birincisi) ətrafına doğru adamları seçə bilmək qabiliyyətidir. Bu yazıda mən, Sizə işə qəbul barədə ağlımda olan yeni fikirləri paylaşmaq istəyirəm.

Əziz oxucu, əvvəlcədən deyim ki, bu yazdıqlarımız daha çox kişik və orta həcmli bizneslər üçündür. Böyük korporasiyalar və dpvriyyəsi 100 mln.luq şirkətlər üçün bu metod məncə işləməz. Buna diqqət edin, sonra dediklərim havada qalmış kimi görsənməsin. Xahiş edirəm!

Hər gün, şəxsi biznesimizlə bağlı olaraq çox saylı kadr problemləri ilə məşğul oluram. Sizə səmimi deyim, kadr biznesdə ən çətin və ən məsuliyyətli fəaliyyətdir. Öz təcrübəmdə yaşadıqlarım əsasında aşağıdakı işə götürülmə prosesində aşağıdajı yazacağımız məsələlərə diqqətinizi cəlb etmək istəyirəm – işçi götürülən zaman nələri diqqət edək?

1. Qohumla işləməyin.

Ola bilər ki, biznesin ilk mərhələlərində əlbəttə, şəxsi tanışlıq vacibdir. Tanıdığım – Etibar etdiyin adamla işə başlamaq əlbəttə, sahibkar üçün bir avantaj olur. Amma növbəti etaplarda bu “arxayınçılıq” özünü tam pis mənada kompensasiya edir. Birincisi qohum adama nesə tapşırıq vermək, nəyisə izah etmək çox çətin olur. Verilən tapşırıqlar “emosional” qarşılanır. İşçi elə bilir ki, bu çox dəqiq və şəffaf işləyir. Amma Sizə əminliklə deyirəm – tanış (gohum) işçi ilə, tanımadan, CV ilə qəbul edilmiş işçinin səhv etmə ehtimalı tam eyni olur. Hətta yad işçi işə daha məsuliyyətli yanaşır. Heç vaxt “Ətimi yesədə, sümüyümü tullamaz” misalı işə qəbul prosesində yadınıza salmayın. Qohumla – dostla işləməyin!

2. Ambisiyalı adamları işə qəbul edin.

Bu çox vacibdir. Gələcək haqqında ciddi düşüncəsi olmayan adam Sizi “yatızdıracaq”. Bəzi işçilərin indiqativ təsiri ilə biznesə dahada güclənir, böyüyür. Çox vacibdir ki, işə qəbul edilən işçinin daha çox pul qazanmağa, daha çox işləməyə, daha çox tanınmağa maraqlı olsun. Hər şeylə qane olan işçinin, “orta” icra əmsalı ilədə sahibkar razılaşmalı olacaq. Buna görədə ambiyasıla işçiləri işə qəbul edin. Bu prosesdə, işçinin yaşıda vacibdir, məncə. Cavan adamlar, daha çox enerjili olurlar, adətən.

3. Ulduz işçi lazım deyil.

Əgər işə qəbul olan adam, intervyu boyunca öz nailiyyətlərində, öz üstünlüklərindən danışırsa və Siz hiss edirsiniz ki, bu adam həqiqətən nesə kömək edə bilər Sizə… STOP – bir daha düşünün. Bu çox təhlükəlidir. Ulduzlar komanda ruhunu dağıtmağa meylli olurlar. Etməyin, ulduz oyunçu yox, ulduz olmaq istəyəni işə alın. Əgər işçidə ulduz olma potensialı görürsünüzsə işə qəbul edin. Qorxmayın, ulduz olduqdan sonra hətta işdən çıxsada eybi yoxdur.

Əmin olun, ulduz olmaq istəmək – mükəmməl motivasiyadır. Qoy işçilər Sizin şirkətdə ulduz olub, başqa şirkətə getsinlər, amma əksinə yox. Ulduzluğa gedən yol, zəhmətdən, enerji sərfindən gecə-gündüz işləməkdən keçir. Devid Bekkem heç vaxt Mancester oynadığı kimi heç harda oynamaz. Emre Belezoğlu heç vaxt Galatasarayda oynadığı qədər oynamaz və s. İşçilərinizə ulduz olmaqları üçün şərait yaradın və heç vaxt ulduz işçi işə qəbul etməyin. Məncə!

4. Satıcılıqdan utanan adam, müdir ola bilməz.

Bir neçə dəfə sözü gedən mövzu üzrə səhvlər etmişəm. İlk baxışdan çox təhsilli, ambisiyalı bir adamla intervyuda oluram. Cavabları super, danışığı super. Sadəcə deyir ki, mən 5 ilimi bu işə həsr etmişəm, müəyyən həddə gəlmişəm və s. Özünü yuxarıdan aparır. İşə qəbul etmişəm… nəticə – bərbad! Adam konkret olaraq tənbəllik edir. Səbəb budur ki, özünü daha yüksəkdə görür. Hər zaman sınamışam, fəhləlik etməkdən utanan adamlardan, heç vaxt uğurlu fabrik direktoru çıxa bilməz, özü satmaqdan həzz almayan adam heç vaxt mağaza direktoru olmaz və s.

Hesab edirəm ki, işçi qəbulu prosesi biznesdə ən sistemli funksiya olmalıdır. Yeganə işlərdəndir ki, burada tələsmək çox ziyanlı ola bilər. Diqqətli olaq, işçilərin qəbuluna diqqət edək. Məhz düzgün götürülmüş işçilər nəticəsində biznes inkişaf edə bilər və əksinə.
Necə deyərlər işə götürəndə tələsmədən, işdən çıxaranda çox tez etmək lazımdır!

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com/